“WhatsApp”a yeni funksiyalar gəlir
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“WhatsApp” messencerinin tərtibatçıları proqrama bir sıra yeni funksiyalar əlavə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.
Məlumata görə, istifadəçilər indi 30 yeni fon, filtr və kamera effektlərinə çıxış əldə edə bilərlər. Bu funksiyadan təkcə video zənglər üçün deyil, söhbətlərdə foto və videoların yaradılması üçün də istifadə etmək olar.
Əsas yeniliklərdən biri də selfilər əsasında fərdiləşdirilmiş stikerlərin yaradılması funksiyasıdır. Bunun üçün söhbətdəki “Stiker” işarəsinə klikləmək, “Yarat” işarəsini seçmək və şəkil çəkmək kifayətdir.
Bundan əlavə, istifadəçilər öz sevimli stiker dəstlərini həmsöhbətləri ilə birbaşa söhbətdə paylaşa bilərlər.
Digər tərəfdən, messencerə mesajlara sürətli cavab funksiyası da əlavə edilib. Belə ki, istifadəçilər mesajın üzərinə iki dəfə klikləməklə bu mesajlara reaksiya verə bilərlər.
Bu funksiyalar artıq “Android” istifadəçiləri üçün əlçatandır və tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq.
Bu mövzuda digər xəbərlər:WhatsApp a yeni funksiyalar gəlir
19 Noyabr 2025 05:00
WhatsApp a YENİ funksiyalar əlavə olunub
30 Sentyabr 2025 11:36
WhatsApp a yeni funksiyalar və təkmilləşmələr gəldi
24 Yanvar 2025 01:36
“WhatsApp”a “Instagram” kimi yeni funksiyalar əlavə olunur
12 Avqust 2025 06:31
“WhatsApp”a yeni funksiyalar və təkmilləşdirmələr əlavə olundu
13 Dekabr 2024 21:02
Baxış sayı:91
Bu xəbər 15 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















