GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə ildən sonra Ermənistan və Azərbaycan vətəndaşları arasında ünsiyyət və birgə biznes fəaliyyəti adi hala çevriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan deyib.
Prezident bildirib ki, iki ölkənin liderləri 30 ildən artıq müddətdə mövcud olmayan sülhün möhkəmləndirilməsi istiqamətində siyasi iradə və cəsarət nümayiş etdiriblər.
Onun sözlərinə görə, hələ bir neçə il əvvəl bunu təsəvvür etmək çətin idi, lakin hazırda Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə yüklər daxil olur.
Gələcəkdə isə ölkələrin bir-birinə yükləri birbaşa göndərəcəyi istisna deyil.
Xaçatryan qeyd edib ki, Ermənistan sakinləri artıq avtomobilləri üçün Azərbaycan istehsalı olan yanacağı ala bilirlər.
Halbuki bir neçə il əvvəl bu cür ehtimalın dilə gətirilməsi belə aqressiv reaksiya doğurardı.