Xaçatryan anons etdi: Sərhədlər açılacaq, Ermənistan və Azərbaycan vətəndaşları isə..
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir neçə ildən sonra Ermənistan və Azərbaycan vətəndaşları arasında ünsiyyət və birgə biznes fəaliyyəti adi hala çevriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan deyib.
Prezident bildirib ki, iki ölkənin liderləri 30 ildən artıq müddətdə mövcud olmayan sülhün möhkəmləndirilməsi istiqamətində siyasi iradə və cəsarət nümayiş etdiriblər. Onun sözlərinə görə, hələ bir neçə il əvvəl bunu təsəvvür etmək çətin idi, lakin hazırda Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə yüklər daxil olur. Gələcəkdə isə ölkələrin bir-birinə yükləri birbaşa göndərəcəyi istisna deyil.
Xaçatryan qeyd edib ki, Ermənistan sakinləri artıq avtomobilləri üçün Azərbaycan istehsalı olan yanacağı ala bilirlər. Halbuki bir neçə il əvvəl bu cür ehtimalın dilə gətirilməsi belə aqressiv reaksiya doğurardı.
“Əgər daim münaqişənin səbəblərinə qayıtsaq, əldə etdiyimiz imkanlardan yararlana bilmərik. 2025-ci il avqustun 8-də sənədlər imzalanana qədər biz hər səhər sərhəddəki xəbərləri izləyirdik. İndi isə bunu yavaş-yavaş unutmağa başlayırıq və gələcəyə yönəlmiş layihələri həyata keçirməli olduğumuz bir dövrdə yaşayırıq”, – deyə Ermənistan Prezidenti vurğulayıb.
Onun fikrincə, zaman keçdikcə sərhədlər açılacaq, Ermənistan və Azərbaycan vətəndaşları qarşılıqlı ticarət edəcəklər.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 20 Yanvar 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















