Xaçatryan: Ermənistan və Azərbaycan liderləri sülh ilə rifah yolunu seçiblər | Icma.az
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz.
İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi.Dünya İqtisadi Forumunda bunu deyən Ermənistan Prezidenti Vaaqn Xaçatryan hər iki dövlətin rəhbərliyinin sülh və rifah yolunu seçdiyini də bildirib."Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi.
Bu da məsələnin həllinə kömək etdi. Əks halda, mən cənab (Azərbaycan Prezidenti İlham Əliyev - red.) Əliyevlə razılaşaram, hər şey heç nə və
Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir.
Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır.
Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür".Ermənistan Prezidenti Bakı və İrəvan arasında gələcək əməkdaşlıq barədə ni
Başqa yol yoxdur. Mən nikbinəm; biz həqiqətən də uğur qazanacağıq. Bizim birgə iqtisadi və mədəni layihələrimiz olacaq və artıq yaranır.
Tam oxu
Xəbəri oxu