Xaçatryan: Ermənistan və Azərbaycan liderləri sülh ilə rifah yolunu seçiblər
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan və Azərbaycan arasında başa çatan hərbi münaqişədəki insan itkilərinin yerini heç nə ilə doldurmaq olmaz. İki ölkənin liderlərinin iradəsi olmasaydı, bu müharibə sonsuz davam edərdi.
Dünya İqtisadi Forumunda bunu deyən Ermənistan Prezidenti Vaaqn Xaçatryan hər iki dövlətin rəhbərliyinin sülh və rifah yolunu seçdiyini də bildirib.
"Demək istəyirəm ki, sülh sazişini paraflamağa nail olduq, çünki hər iki ölkənin siyasi liderləri buna hazır idi. Bu da məsələnin həllinə kömək etdi. Əks halda, mən cənab (Azərbaycan Prezidenti İlham Əliyev - red.) Əliyevlə razılaşaram, hər şey heç nə vəd etməyən gələcəklə sonsuza qədər davam edəcəkdi", - o qeyd edib.
Xaçatryanın sözlərinə görə, iki dövlətin liderləri öz xalqlarının gələcəyini, sülh və rifah yolunu seçiblər: "İnsan itkilərini heç vaxt bərpa edə bilməyəcəyik. Məhz buna görə də siyasi liderlərin münaqişələrin sülh yolu ilə həllində rolu son dərəcə vacibdir. Hər şey liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji hədəflərə doğru irəli baxmaq qabiliyyətindən asılıdır. Məhz bu, ölkələrin uğurunu müəyyən edir. Bu, hər şeydən üstündür".
Ermənistan Prezidenti Bakı və İrəvan arasında gələcək əməkdaşlıq barədə nikbin olduğunu vurğulayıb: "Əgər qonşuların varsa, yaşamağın yeganə yolu onlarla sülh içində yaşamaqdır, o cümlədən gündəlik həyatda belə olmalıdır. Başqa yol yoxdur. Mən nikbinəm; biz həqiqətən də uğur qazanacağıq. Bizim birgə iqtisadi və mədəni layihələrimiz olacaq və artıq yaranır. Ölkələrimizin vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri artıq presedent yaradıb. Növbəti görüşləri iş adamları keçirəcək. İrəvanda insanlar artıq öz avtomobillərini Azərbaycan yanacağı ilə doldura bilirlər".(Report)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:Xaçatryan anons etdi: Sərhədlər açılacaq, Ermənistan və Azərbaycan vətəndaşları isə..
20 Yanvar 2026 22:27
Azərbaycan Ermənistana icazə vermədi Xaçatryan
27 Noyabr 2024 14:59
Xaçatryan: “Azərbaycan malları birbaşa KONKRET
20 Yanvar 2026 23:02
Azərbaycanla sülh olacaq Xaçatryan
31 İyul 2025 22:49
Baxış sayı:58
Bu xəbər 20 Yanvar 2026 22:37 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları