Xaçmazda Anım günü belə qeyd edildi FOTO/VİDEO

27.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

27 sentyabr - Anım günü Xaçmazda mütəşəkkilliklə qeyd olunur. 
Bizim.Media xəbər verir ki, səhər saatlarından başlayaraq Şəhudlər Xiyabanı izdihamlı olub.
 

Sadə insanlar, rayon rəsmiləri, şəhid ailələri, qazi və müharubə veteranları Şəhidlər Xiyabanına gələrək Vətən Müharibəsi, ümumilikdə cəmi şəhidlərin  xatirəsini anıblar. Xatirə guşəsinə əklil qoyulub.


Xaçmaz İH başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Xudat Sərhəd Dəstəsinin rəisi, şəhid valideynləri, rayon sakinləri, qazilər və müharibə iştirakçıları hər bir şəhidin xatirəsini hörmətlə yad edib.
Mərasimdə iştirak edən şəhid valideynləri Anım günü ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüblər.
1997-ci ildə Füzulidə şəhid olmuş Sücaət Məmmədovun anası Xuraman Məmmədova və Vətən Müharibəsi şəhidi  Elşən Ağasiyevin atası Ağabala Ağasiyev bu günün çox qürurverici və tarixi gün olduğunu deyiblər.
Saat 12.00-da şəhudlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью