Xaçmazda Anım günü belə qeyd edildi FOTO/VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
27 sentyabr - Anım günü Xaçmazda mütəşəkkilliklə qeyd olunur.
Bizim.Media xəbər verir ki, səhər saatlarından başlayaraq Şəhudlər Xiyabanı izdihamlı olub.
Sadə insanlar, rayon rəsmiləri, şəhid ailələri, qazi və müharubə veteranları Şəhidlər Xiyabanına gələrək Vətən Müharibəsi, ümumilikdə cəmi şəhidlərin xatirəsini anıblar. Xatirə guşəsinə əklil qoyulub.
Xaçmaz İH başçısı Elnur Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Xudat Sərhəd Dəstəsinin rəisi, şəhid valideynləri, rayon sakinləri, qazilər və müharibə iştirakçıları hər bir şəhidin xatirəsini hörmətlə yad edib.
Mərasimdə iştirak edən şəhid valideynləri Anım günü ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüblər.
1997-ci ildə Füzulidə şəhid olmuş Sücaət Məmmədovun anası Xuraman Məmmədova və Vətən Müharibəsi şəhidi Elşən Ağasiyevin atası Ağabala Ağasiyev bu günün çox qürurverici və tarixi gün olduğunu deyiblər.
Saat 12.00-da şəhudlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.













Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















