Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam rayonunda xalaoğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Aydın xalası oğlu İsmətin (adlar şərtidir – red.) yaşadığı evin həyət qapısının qarşısından keçən küçədə maşını saxlamasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib.
Mübahisə zamanı Aydın xalası oğlunun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurub, yerə yıxıldıqdan sonra isə qarnına və ayağına təpiklə zərbələr yetirib.
Aydının barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttiham üzrə o, özünü təqsirli bilib.
Aydın ifadəsində göstərib ki, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş İsmət mənim xalam oğludur və mənimlə eyni kənddə yaşayır. Aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Ötən ilin avqustun 1-də, təxminən saat 18 radələrində bacımgilin Ağdam rayonunun kəndi ərazisindəki evinin həyətində tövlədə iş görürdüm. Bu zaman qardaşım Amilin yaşadığı evin həyətində olan maşınını işə salaraq evdən çıxdığını gördüm. Bundan sonra olduğum yerdən uzaqlaşaraq qardaşımgilin yaşadığı evə doğru hərəkət etdim. Mən qardamgilin yaşadığı ünvana çatanda Amilin azyaşlı uşaqlarından onun hara getməsini soruşdum. Uşaqlar Amilin dərman almağa getdiyini bildirdilər”.
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Amilin maşının yolun ortasında saxladığını və orada İsmətlə söhbət etdiklərini görüb: “Bundan sonra mən də onların yanına doğru hərəkət etməyə başladım. Onların yanına çatanda gördüm ki, İsmət maşını yolun hərəkət hissəsində saxlayıb və oradan maşının keçib getməsi mümkün deyil. Buna görə də Amil maşınla oradan keçib gedə bilmir. Bu zaman İsmətə yaxınlaşdım və maşınını yolun ortasından çəkməsini söylədim. Bu zaman İsmət nalayiq ifadələr işlətdi, “heç kim mənim maşınımı burdan çıxarda bilməz” sözlərini söylədi. İsmət söyüş işlətdiyi üşün əsəbləşdim və onun sifət nahiyyəsindən yumruqla bir dəfə zərbə endirdim. Bu zaman o, zərbənin təsirindən yerə yıxıldı. O, yerə yıxılandan sonra ayağından və qarnından təpiklə vurdum. Bundan sonra qardaşım məni oradan uzaqlaşdırdı. Mən oradan uzaqlaşaraq yaşadığım evə qayıtdım. Bundan təxminən bir saat sonra polis əməkdaşları gəldilər və baş vermiş hadisə ilə bağlı izahatımın alınması məqsədilə məni rayon polis şöbəsinə dəvət etdilər”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən zaman orada o, Amil və İsmət olub: “Lakin həmin vaxtı küçədə səs küy yarandı və mən hadisədən sonra evə doğru hərəkət edən zaman bir az kənarda anamın baş vermiş səs-küyə gəldiyini gördüm. Buna görə də düşünürəm ki, hadisə baş verən zaman ictimai qayda pozulub. Hadisə zamanı mənim əlimdə heç bir kəsici-deşici alət olmayıb. Törətdiyim əməldən peşmanam”.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Aydının barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Aydın xalası oğlu İsmətin (adlar şərtidir – red.) yaşadığı evin həyət qapısının qarşısından keçən küçədə maşını saxlamasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib.