Icma.az
close
up
RU
Xalaoğlanlarının mübahisəsi cinayətlə nəticələndi Ağdamda insident

Xalaoğlanlarının mübahisəsi cinayətlə nəticələndi Ağdamda insident

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağdam rayonunda xalaoğlanları arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Ağdam rayonunun kəndlərindən birində baş verib. 1991-ci il təvəllüdlü Aydın xalası oğlu İsmətin (adlar şərtidir – red.) yaşadığı evin həyət qapısının qarşısından keçən küçədə maşını saxlamasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan onunla mübahisə edib. 
Mübahisə zamanı Aydın xalası oğlunun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurub, yerə yıxıldıqdan sonra isə qarnına və ayağına təpiklə zərbələr yetirib. 
Aydının barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İttiham üzrə o, özünü təqsirli bilib. 
Aydın ifadəsində göstərib ki, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş İsmət mənim xalam oğludur və mənimlə eyni kənddə yaşayır. Aramızda heç bir düşmənçilik və ya ədavət olmayıb. Ötən ilin avqustun 1-də, təxminən saat 18 radələrində bacımgilin Ağdam rayonunun kəndi ərazisindəki evinin həyətində tövlədə iş görürdüm. Bu zaman qardaşım Amilin yaşadığı evin həyətində olan maşınını işə salaraq evdən çıxdığını gördüm. Bundan sonra olduğum yerdən uzaqlaşaraq qardaşımgilin yaşadığı evə doğru hərəkət etdim. Mən qardamgilin yaşadığı ünvana çatanda Amilin azyaşlı uşaqlarından onun hara getməsini soruşdum. Uşaqlar Amilin dərman almağa getdiyini bildirdilər”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman Amilin maşının yolun ortasında saxladığını və orada İsmətlə söhbət etdiklərini görüb: “Bundan sonra mən də onların yanına doğru hərəkət etməyə başladım. Onların yanına çatanda gördüm ki, İsmət maşını yolun hərəkət hissəsində saxlayıb və oradan maşının keçib getməsi mümkün deyil. Buna görə də Amil maşınla oradan keçib gedə bilmir. Bu zaman İsmətə yaxınlaşdım və maşınını yolun ortasından çəkməsini söylədim. Bu zaman İsmət nalayiq ifadələr işlətdi, “heç kim mənim maşınımı burdan çıxarda bilməz” sözlərini söylədi. İsmət söyüş işlətdiyi üşün əsəbləşdim və onun sifət nahiyyəsindən yumruqla bir dəfə zərbə endirdim. Bu zaman o, zərbənin təsirindən yerə yıxıldı. O, yerə yıxılandan sonra ayağından və qarnından təpiklə vurdum. Bundan sonra qardaşım məni oradan uzaqlaşdırdı. Mən oradan uzaqlaşaraq yaşadığım evə qayıtdım. Bundan təxminən bir saat sonra polis əməkdaşları gəldilər və baş vermiş hadisə ilə bağlı izahatımın alınması məqsədilə məni rayon polis şöbəsinə dəvət etdilər”. 
Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən zaman orada o, Amil və İsmət olub: “Lakin həmin vaxtı küçədə səs küy yarandı və mən hadisədən sonra evə doğru hərəkət edən zaman bir az kənarda anamın baş vermiş səs-küyə gəldiyini gördüm. Buna görə də düşünürəm ki, hadisə baş verən zaman ictimai qayda pozulub. Hadisə zamanı mənim əlimdə heç bir kəsici-deşici alət olmayıb. Törətdiyim əməldən peşmanam”.
Ağdam Rayon Məhkəməsinin hökmü ilə Aydının barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib. 
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən xitam verilib.
Fariz Məlikli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 Avqust 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri