Xalq artisti 89u səssizsədasız QARŞILADI | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarova 88 yaşını tamam edib.Dünən - dekabrın 28-də sənətkarın ad günü olub.
Müğənninin sənət dostlarının bildirdiyinə görə, Zeynəb Xanlarovanın budəfəki ad gününün səssiz-sədasız qalması məlum təyyarə teraktında baş vermiş çoxsaylı insan tələfatı ilə bağlıdır.
O, 89 yaşını təmtəraqsız qarşılayıb.Zeynəb Xanlarovanın bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcəyi gözlənilir.Zeynəb Xanlarova bir müddət öncə AzTV-dəki çəkilişlərdə iştirak edib.Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi.Müğınni sonuncu dəfə ictimaiyyət arasına bu ilin mayında Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb.Xalq artisti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb.
Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb.
Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub.
Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş.
Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub.
Tam oxu
Xəbəri oxu