Icma.az
close
up
RU
Xalq artisti 89u səssizsədasız QARŞILADI

Xalq artisti 89u səssizsədasız QARŞILADI

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Xalq artisti, keçmiş deputat, məşhur müğənni Zeynəb Xanlarova 88 yaşını tamam edib.
Dünən - dekabrın 28-də sənətkarın ad günü olub. Müğənninin sənət dostlarının bildirdiyinə görə, Zeynəb Xanlarovanın budəfəki ad gününün səssiz-sədasız qalması məlum təyyarə teraktında baş vermiş çoxsaylı insan tələfatı ilə bağlıdır. O, 89 yaşını təmtəraqsız qarşılayıb.
Zeynəb Xanlarovanın bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcəyi gözlənilir.
Zeynəb Xanlarova bir müddət öncə AzTV-dəki çəkilişlərdə iştirak edib.
Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi.
Müğınni sonuncu dəfə ictimaiyyət arasına bu ilin mayında Şuşa şəhərində təşkil olunan "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb.
Xalq artisti "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.
Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub. 
Zeynəb хanım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinfə yoх, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oхuya-oхuya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının хorla səsləndirilib lentə yazılmasında iştirak edib. 
O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.
Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib. 
O, həm də uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı daşıyıb.

Zeynəb Xanlarova əslən Füzuli rayonundan olan mərhum Səlim Babayevlə evli olub.
Səlim Babayev 1990-cı illərin əvvəllərində Bakı dondurma fabrikinin direktoru işləyib.

3 dekabr 1998-ci il tarixində mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Səlim Babayev "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri təyin edilib. O, həmin vəzifədə 2001-ci ilə kimi çalışıb.

18 sentyabr 2001-ci il ildə Heydər Əliyevin müvafiq sərəncamı ilə "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni ləğv edilib. Bununla əlaqədar olaraq Səlim Babayev də bu qurumun sədri vəzifəsindən azad olunub.
Səlim Babayev 2000-ci illərin ortalarında dünyasını dəyişib.
Zeynəb Xanlarova və Səlim Babayev cütlüyünün iki oğlan övladı dünyaya gəlib - Ramin və Ramal Babayevlər.

Zaynəb xanım 1996-cı ildə "Şöhrət" ordeni, 2006-cı ildə "İstiqlal" ordeni, 2016-cı ildə "Heydər Əliyev" ordeni ilə təltif edilib. /Modern.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Dekabr 2024 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri