Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. Kulis.az əfsanəvi xoreoqraf, bir çox xalqların milli rəqslərinin mahir ifaçısı, SS
Valideynlərim çeçendir. Atam 106 il yaşayıb, 11 dəfə də evlənib. İkinci arvadı – Sofya Mixaylovna yəhudi idi. Ona, ancaq ona ana demişəm.
O isə məni Moyşe çağırırdı. - Moyşe, mən sürgünə yalnız və yalnız sənə görə gəlmişəm. Mənim sənə yazığım gəlir, - deyirdi mənə.
Onda bütün çeçenləri Orta Asiyaya köçürmüşdülər. Biz də Frunzedə yaşayırdıq. Günümün çox hissəsi həyətdəki uşaqlarla keçirdi. - Moyşe!
- məni çağırırdı. - Bura gəl. - Hə, ana, nədir? - Gəl bura, mən sənə deyim niyə cüllüt kimi arıqsan. Çünki, boşqabın dibini görə bilmirsən.
Gəl, şorbanı axıra qədər ye qurtar, ondan sonra gedərsən. Özü çox vaxt yemirdi, hamısını mənə verirdi.
Burdakı odessalı rəfiqələri Fira Markovna, Maya İsaakovnagilə qonaq gedəndə də - onlar bizdən yaxşı yaşayırdılar - qarşısına qoyulan rulet və ya piroq dilimini kağıza büküb evə gətirirdi.
- Moyşe, bunu sənə gətirmişəm. - Bəs sən? - Mən istəmirəm... Bir müddət sonra ət kombinatında dərnək fəaliyyətə başladı.