Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə aktyor ARB-nin efirində yayımlanan “Pərvizə görə” verilişində qonaq olarkən söz açıb.
O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib: “O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim.
İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim.
Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi.
Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər.
Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi.