Icma.az
close
up
RU
Xalq artisti: “Arağı tərgitməsəm, ölə bilərdim”

Xalq artisti: “Arağı tərgitməsəm, ölə bilərdim”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə aktyor ARB-nin efirində yayımlanan “Pərvizə görə” verilişində qonaq olarkən söz açıb. 

O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib:

“O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər.

Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi. Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdular. Sonra da məlum hadisələr başladı. Bizim bədnam qonşularımız... Həmişə deyirəm, ermənilər yaşamırlar. Bizə də imkan vermədilər yaşamağa.

Ardınca Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizdə qaldı. O da belə özünü büruzə verdi ki, özümüzü necə sakitləşdirə bilərik? Onda da bir az Moskvaya, Rusiyaya köklənmək var idi. Çünki bu gün də Rusiya dünyanın teatr mərkəzlərindən biridir. Orada da böyük aktyorlar var idi, çox adam onlara görə, düzlənirdi. Eşidirdik ki, onlar da içirlər, biz də içirdik.

Sonra bədən dözmədi, mən tövbə etdim, tərgitdim. Haradasa 28 ildir tərgitmişəm. Bunun da bəhrəsini gördüm, bəlkə də tərgitməsəm, onda ölə bilərdim. İkinci yox, bu üçüncü bahardır. Çünki 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar, DTX-nın poliklinikasının həkimləri məni həyata qaytardılar. Hələ ki yaşayıram”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see267

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see242

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see237

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see237

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see232

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see223

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see213

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see203

ABŞ “yaşıl kartı” 100 min dollara SATACAQ

16 İyul 2026 11:20see200

Rəhmanın dostu da dənizdə boğulubmuş Video

16 İyul 2026 23:19see173

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see169

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see168

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see166

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see164

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see164

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see160

Banqladeşdə qızılcadan ölənlərin sayı 779 a çatdı

16 İyul 2026 22:23see159

Məleykə Abbaszadə bakalavrlar üçün tövsiyələr verib

17 İyul 2026 00:34see158

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see157

Qurban Qurbanov: “Belə hava şəraitində daha yaxşı oynadıq”

17 İyul 2026 02:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri