Xalq Artisti Rəşid Behbudovun doğum günüdür Xəbər saytı Son xəbərlər və Hadisələr | Icma.a…
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq. Bu gün Xalq Artisti Rəşid Behbudovun doğum günüdür.
Görkəmli sənətkar1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub.
Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993-cü ildə Dəmiryolu Texnikumuna daxil olub.
Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib.
1943-cü ildə "Bakıkinostudiyası" "Arşın mal alan" filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib.
Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib.
Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.
Tam oxu
Xəbəri oxu