Icma.az
close
up
RU
Xalq Artisti Rəşid Behbudovun doğum günüdür Xəbər saytı Son xəbərlər və Hadisələr

Xalq Artisti Rəşid Behbudovun doğum günüdür Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bu gün Xalq Artisti Rəşid Behbudovun doğum günüdür.

Görkəmli sənətkar1915-ci ilin 14 dekabrında Tiflisdə anadan olub. Atası şuşalı xanəndə Məcid Behbudov, anası isə Qazağın məşhur Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım Vəkilova olub. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid Behbudov 1993-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblında solistlik edib.

1943-cü ildə "Bakıkinostudiyası" "Arşın mal alan" filmini ərsəyə gətirərkən baş rola Rəşid Behbudovu dəvət edib. Təklifi qəbul edən Behbudov 1945-ci ildə arşınmalçı Əsgər roluna çəkilib. Film ekranlara çıxdıqdan sonra həm Azərbaycan, həm də digər Sovet ölkələrində böyük uğur əldə edib.

1946-ci ildən R.Behbudov Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1949-cu ildə Budapeştdə Gənclərin və Tələbələrin Ümumdünya festivalında çıxış edib. Behbudovun repertuarında "Azərbaycan", "Neftçi", "Züleyxa" və başqa mahnılar yer alır.

"Gözəlim sənsən", "Ana", "Sevgilim", "Gecələr", "İlk Görüş", "Bakının ulduzları", "Evləri var", "Küçələrə su səpmişəm" Rəşid Behbudovun unudulmaz ifalarındandır.

Böyük vokal və musiqi-səhnə ustalığına malik olan müğənni Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş Fikrət Əmirovun "Sevil" operasında əsas qəhrəman - Balaş rolu Rəşid Behbudova tapşırılıb.

Rəşid Behbudov 1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olan Behbudov 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrını yaradıb və həyatının sonunadək bu teatrın bədii rəhbəri olub.

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.

Rəşid Behbudov 1989-cu il iyunun 9-da 74 yaşında Moskva şəhərində vəfat edib. Müğənninin məzarı Bakıda birinci Fəxri Xiyabandadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see276

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see223

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see204

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see157

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see157

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see157

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see144

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see135

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see127

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri