Xalq həmrəy olanda müxaliflik iddiasına düşənlər: Meydanda tək qaldı | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
35 ildir Azərbaycan xalqı dekabr ayının sonunda Həmrəylik Gününü qeyd edir.
Bu tarixi hadisənin əsası 1989-cu il dekabrın 31-də Şimali və Cənubi Azərbaycan arasında sərhəd dirəklərinin sökülməsi ilə qoyulub.
Ancaq Azərbaycan xalqı ötən illər ərzində tarixindən asılı olmayaraq, zaman-zaman həmrəylik nümayiş etdirib.
Bəlkə də bu birliyin nəticəsində 35 ildə çox faciələr yamış Azərbaycan xalqını əzmək, parçalamaq, torpaqlarını əlindən almaq mümkün olmayıb.
Çəkdiyi bütün əziyyətlərə baxmayaraq, müstəqillik qazanıb, dövlət qurub, toparlanıb, təpərlənib və sonda yenə də öz haqqına sahib çıxıb.
Millətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycanı özünə vətən sayan hər kəs bu həmrəyliyi qanlı 20 Yanvar faciəsində də nümayiş etdirib, Xocalıda soyqırıma məruz qalanda da, torpaqları işğala məruz qalan zaman da, dövlətçiliyinə sui-qəsdlər təşkil olunanda da.
Azərbaycanın müstəqil dövlət kimi mövcud olmasını, bu ölkənin vətəndaşlarının azad yaşamaq hüququnu qəbul etmək istəməyənlər illər ötdükcə xalqın reallıqla barışacağını, təslimçi şərtlərə razı olacağını düşünüblər.
Tam oxu
Xəbəri oxu