Icma.az
close
up
RU
Xalq həmrəy olanda müxaliflik iddiasına düşənlər: Meydanda tək qaldı

Xalq həmrəy olanda müxaliflik iddiasına düşənlər: Meydanda tək qaldı

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

35 ildir Azərbaycan xalqı dekabr ayının sonunda Həmrəylik Gününü qeyd edir. 

Bu tarixi hadisənin əsası 1989-cu il dekabrın 31-də Şimali və Cənubi Azərbaycan arasında sərhəd dirəklərinin sökülməsi ilə qoyulub. Ancaq Azərbaycan xalqı ötən illər ərzində tarixindən asılı olmayaraq, zaman-zaman həmrəylik nümayiş etdirib. Bəlkə də bu birliyin nəticəsində 35 ildə çox faciələr yamış Azərbaycan xalqını əzmək, parçalamaq, torpaqlarını əlindən almaq mümkün olmayıb. 

Çəkdiyi bütün əziyyətlərə baxmayaraq, müstəqillik qazanıb, dövlət qurub, toparlanıb, təpərlənib və sonda yenə də öz haqqına sahib çıxıb. Millətindən, dinindən, dilindən asılı olmayaraq, Azərbaycanı özünə vətən sayan hər kəs bu həmrəyliyi qanlı 20 Yanvar faciəsində də nümayiş etdirib, Xocalıda soyqırıma məruz qalanda da, torpaqları işğala məruz qalan zaman da, dövlətçiliyinə sui-qəsdlər təşkil olunanda da. 

Azərbaycanın müstəqil dövlət kimi mövcud olmasını, bu ölkənin vətəndaşlarının azad yaşamaq hüququnu qəbul etmək istəməyənlər illər ötdükcə xalqın reallıqla barışacağını, təslimçi şərtlərə razı olacağını düşünüblər. Amma bütün bu səylərin faydası olmayıb. 

Üstündən on illər ötməsinə baxmayaraq, Azərbaycan xalqının yenidən oyanışı, həmrəyliyi, dövləti ilə əlbir olub gücünə güc qatmağı düşmənlərin planlarını pozub. Son illər bu həmrəyliyi, birliyin tez-tez nümayiş olunması Azərbaycanın dünyada nüfuzunu və qüdrətini artıran amilə çevrilib. 

Nəticədə, Azərbaycanla təhdid dili ilə danışanlar geri çəkilib, bu dövlətin maraqları ilə barışmalı olublar. 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, 2023-cü ildə Qarabağda keçirilən antiterror əməliyyatında insanları bir amal birləşdirirdi- vətəni qorumaq, torpaqlarını işğaldan azad etmək. Bu yolda generalı da, əsgəri də, kişi və ya qadın, cavan, yaxud qoca olmağından, mili mənsubiyyətindən asılı olmayaraq həs kəs eyni sırada dayanmışdı. 

Döyüşə gedən getdi, gedə bilməyənlər ön cəbhədə vuruşanlara yardım etdi. Əlində silah vuruşan da həmrəy idi, arxa cəbhədə onlara yardım göndərənlər də. 2022-ci ilin dekabr ayından 2023-cü ilin yazına qədər Azərbaycanın sərvətlərinin yağmalanmasına etiraz edən ekofəalların dinc aksiyasında da xalq eyni birliyi nümayiş etdirdi.

Qarabağın soyuq dağlarında, sərt şaxtada, qarlı-yağışlı havalarda hamı bir oldu, dövlətinin yanında dayandı. 

Nəhayət, 2024-cü il dekabrın 25-i... 

Bakı-Qroznı reysi ilə uçan təyyarənin faciəli qəzası Azərbaycan xalqını həmrəy edən növbəti hadisə oldu. Çünki bu qəzada təsadüf payı nə qədər olsa da, təyyarənin vurulması, sərnişinləri xilas etmək əvəzinə, onların qəsdən ölümə göndərilməsi artıq təsdiqini tapmış faktlardır. Bu ilk növbədə, insanlığa qarşı cinayətdir. 

Çünki təyyarədə yalnız Azərbaycanın deyil, Rusiyanın və Qazaxıstanın da vətəndaşları həlak olub. İkincisi, bu cinayəti gizlətmək səyləri Azərbaycan dövlətinə və xalqına qarşı həqarətdir.

İlk gündən Azərbaycan xalqının həmrəyliyi bu qəzanın səbəblərinin aşkara çıxarılmasında və ona gerçək qiymət verilməsində həlledici rol oynadı. Hər bir azərbaycanlı hadisə baş verən gündən yaralıların, qəzada həlak olan sərnişinlərin və ekipaj üzvlərinin ailələrinə mənəvi dəstək göstərdi. İnsanlar bu həmrəyliyi sosial şəbəkələrdə etdikləri paylaşımlarla, yaratdıqları yeni trendlərlə bildirdilər. Xalq həlak olanlara yas saxladı...

Bu həmrəyliyi həlak olanların dəfnində müşahidə olunan izdihamlardan da görmək olar. Təyyarənin pilotlarının özünü fəda ertməsi hesabına sərnişinlərin xeyli hissəsinin həyatını xilas etməsi 35 ildən sonra, dekabrın sonunda milli həmrəyliyi təmin edən qəhrəmanlıq rəmzinə çevrildi.

Özü həlak olsa da, hər şeyin yaxşı olacağını deyən təyyarə bələdçisi Hökumə Əliyevanın insanları qorxmamağa çağıran, qəlblərdə həyata ümid yaradan səsi hər kəsi bir araya gətirən müraciətə çevrildi. Azərbaycan xalqı özünün milli qəhrəmanlarını çiynində son mənzilə yola salmaqla, məzarı başında göz yaşı tökməklə bu həmrəyliyə sadiq qalacağına söz verdi. İqor Kşnyakin, Aleksandr Kolyaninov və Hökumə Əliyevanın dəfn mərasimlərində milli mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq, hamı bir idi.

Son hadisələr azərbaycanlıların dünyanın ən tolerant xalqı olduğunu bir daha təsdiq etdi. Qəhrəmanlar öz canlarından keçməklə məqsədlərinə nail olmuşdular, xalqı birləşdirən dəyər yaratdılar.

Azərbaycan xalqının həmrəyliyini təmin edən edən də bu müqəddəs dəyərlərdir. Hamının kədəri, qəmi, mövqeyi, vətən dediyi, özünə məzar seçdiyi torpaq da ortaqdır. Fikir ayrılığı yalnız Azərbaycan xalqının birliyini pozmaq istəyənlərin, dövləti zəif salmağa çalışanların xeyrinə işləyə bilər. 

Belə günlərdə siyasi ziddiyyətləri kənara qoymaq artıq xalqın, cəmiyyətin tələbinə çevrilir. Ona görə ki, bu, milli mənafe və mənəvi məsələdir. Milli dəyərlərə qarşı siyasi müxaliflik etmək isə dünyada qəbul olunmuş siyasi mədəniyyət normalarına ziddir. Xalqın faciəsindən siyasi maraqlar naminə istifadə etmək, xal qazanmağa cəhd edənlərin səsi heç vaxt eşidilmir.

Çünki xalq həmrəy olanda müxaliflik iddiasına düşənlər meydanda tək qalır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see279

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see232

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see184

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see182

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see180

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see150

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see145

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see144

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see138

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see136

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see132

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see131

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see130

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see128

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see125

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see122

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see121

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see119

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see118

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri