Icma.az, Xalqcebhesi saytına istinadən bildirir. XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin yaradıcılığı daima oxucuların, e
Xalq yazıçısı bədii əsərlərinin əsas qismini sovet dönəmində yazıb, ancaq hakim ideologiyaya yox, ədəbiyyata xidmət etdiyi üçün onun romanla
Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı: “İlyas Əfəndiyev əməkçilərin zəhmətini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onları parlaq
İlyas Əfəndiyevin əsərləri indi də bir cümləsinə belə toxunulmadan müstəqil Azərbaycanın oxucularına, tamaşaçılarına təqdim edilir.
Ədibin yaradıcılığı haqqında məqalələr yazılır, kitablar nəşr olunur. Belə kitablardan biri də bu günlərdə işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı Qənirə Əmiraslanova “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyasını Xalq yazıçısının anadan olmasının 110 illiyinə həsr edib.
İrihəcmli tədqiqat əsərinin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar Salamoğludur.
O, Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək yazır ki, monoqrafiyada yazıçının həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə bilavasitə əlaqələndirilir.