Icma.az
close
up
RU
Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olunub

Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olunub

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin yaradıcılığı daima oxucuların, elmi ictimaiyyətin, ədəbi tənqidin diqqət mərkəzində olub. Xalq yazıçısı bədii əsərlərinin əsas qismini sovet dönəmində yazıb, ancaq hakim ideologiyaya yox, ədəbiyyata xidmət etdiyi üçün onun romanları və povestləri, pyesləri və hekayələri bu gün də nəşr olunur, tamaşaya qoyulur. Vaxtilə böyük şairimiz Səməd Vurğun yazırdı: “İlyas Əfəndiyev əməkçilərin zəhmətini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onları parlaq və real boyalarla göstərir”.

İlyas Əfəndiyevin əsərləri indi də bir cümləsinə belə toxunulmadan müstəqil Azərbaycanın oxucularına, tamaşaçılarına təqdim edilir. Ədibin yaradıcılığı haqqında məqalələr yazılır, kitablar nəşr olunur. Belə kitablardan biri də bu günlərdə işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı Qənirə Əmiraslanova “İlyas Əfəndiyevin yaradıcılığında tarixilik və müasirlik” monoqrafiyasını Xalq yazıçısının anadan olmasının 110 illiyinə həsr edib.

İrihəcmli tədqiqat əsərinin elmi redaktoru və “Ön söz”ünün müəllifi professor Təyyar Salamoğludur. O, Qənirə Əmiraslanovanın analitik elmi düşüncə imkanlarını önə çəkərək yazır ki, monoqrafiyada yazıçının həm roman və povestlərində, həm də dramaturgiyasında mənəvi-əxlaqi problemlərin bədii ifadəsinə, məhəbbət süjetlərinə ayrılan yeri doğru olaraq tarixi şəraitlə bilavasitə əlaqələndirilir. Müəllif bu istiqamətdəki əsərləri ötən əsrin 50-ci illərin ortalarından sonra ədəbiyyatımızda formalaşan yeni keyfiyyət mərhələsinin səciyyəvi əlamətlərini özündə daşıyan yaradıcılıq faktları kimi dəyərləndirir.

Monoqrafiyada böyük ədibin yaradıcılığı ilk hekayəsindən son əsərinəcən tədqiq edilib və İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolu yüksək qiymətləndirilib.

Monoqrafiyanın rəyçiləri professor Sara Osmanlı və dosent Razim Məmmədovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see155

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri