Xalqın milli kimliyi onun adət ənənələrinin, əxlaqi dəyərlərin mövcudluğu ilə ölçülür | Ic…
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. 6.3.8.
Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğiAzərbaycan xalqı öz adət-ənənələri ilə hər zaman digər xalqlar arasında seçilib.
Bir dövlət var olması üçün ilk növbədə öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmalı və onu nəsildən-nəslə ötürməyi bacarmalıdır ki, Azərbaycan bunun öhdəsindən layiqincə gəlir.Novruz bayramının astanasında olan ölkəmiz onun gəlişindən xəbər verən çərşənbələri qeyd edir, bayrama xas adətləri yerinə yetirir.Bəs, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində hansı işlər görülür?Elnarə Akimova: Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği böyük əhəmiyyət daşıyır Milli Məclisin deputatı Elnarə Akimova Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır.Onun sözlərinə görə, artıq tam şəkildə ərazilərini bərpa edən, güclənən, suverenlik qazanan ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi, mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalı, beynəlxalq səviyyədə, elmi əsasda təbliğ olunmalıdır.
Deputat izah edib ki, bir ölkənin beynəlxalq arenaya çıxışında, tanınmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorları mühüm rol oynayır.“Bizdə bu istiqamətdə müəyyən addımlar atılıb.
2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, ölkə başçısının ard-arda verdiyi sərəncamlarla mədəniyyət xadimlərinin irsinin, yaradıcı arsenalının təqdimatına stimul verməsi bu yöndə uğurlu addımları ifadə edir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında xarici ölkələrin institutları, alimləri ilə təmaslar qurulur, əlaqələr gücləndirilir, elmin və mədəniyyətin mübadiləsi baş tutur.
Alimlərimiz xarici ölkələrin elmi konfranslarında iştirak edirlər, beynəlxalq, mötəbər elmi nəşrlərdə çap olunurlar”.Mədəniyyətin cəmiyyətdə, eləcə də beynəlxalq miqyasda təbliği dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Onun sözlərinə görə, dövlətin mədəniyyət konsepsiyası mədəni proseslərin başlıca istiqamət, məqsəd, vəzifə, üsul və mexanizmlərini müəyyənləşdirməklə bu prosesləri idarə etmək imkanı qazanır.Müsahibimiz nəzərə çatdırıb ki, ölkəmizdə keçirilən bir çox festivalların - Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivalların - mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynadığı danılmaz faktdır.
Tam oxu
Xəbəri oxu