Icma.az
close
up
RU
Xalqın milli kimliyi onun adət ənənələrinin, əxlaqi dəyərlərin mövcudluğu ilə ölçülür

Xalqın milli kimliyi onun adət ənənələrinin, əxlaqi dəyərlərin mövcudluğu ilə ölçülür

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Azərbaycan xalqı öz adət-ənənələri ilə hər zaman digər xalqlar arasında seçilib. Bir dövlət var olması üçün ilk növbədə öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmalı və onu nəsildən-nəslə ötürməyi bacarmalıdır ki, Azərbaycan bunun öhdəsindən layiqincə gəlir.

Novruz bayramının astanasında olan ölkəmiz onun gəlişindən xəbər verən çərşənbələri qeyd edir, bayrama xas adətləri yerinə yetirir.

Bəs, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində hansı işlər görülür?

Elnarə Akimova: Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği böyük əhəmiyyət daşıyır

 Milli Məclisin deputatı Elnarə Akimova Bakıvaxtı.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği bu gün xüsusilə böyük əhəmiyyət daşıyır və daşımalıdır.

Onun sözlərinə görə, artıq tam şəkildə ərazilərini bərpa edən, güclənən, suverenlik qazanan ölkəyik və daha da güclənmək üçün onun dövlətçilik tarixi, mədəniyyət konsepsiyası prinsipial şəkildə hazırlanmalı, beynəlxalq səviyyədə, elmi əsasda təbliğ olunmalıdır. Deputat izah edib ki, bir ölkənin beynəlxalq arenaya çıxışında, tanınmasında və dünyaya inteqrasiyasında elm və mədəniyyət faktorları mühüm rol oynayır.

“Bizdə bu istiqamətdə müəyyən addımlar atılıb. 2009-cu ildə Prezident yanında Elmin İnkişafı Fondunun yaradılması, ölkə başçısının ard-arda verdiyi sərəncamlarla mədəniyyət xadimlərinin irsinin, yaradıcı arsenalının təqdimatına stimul verməsi bu yöndə uğurlu addımları ifadə edir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında xarici ölkələrin institutları, alimləri ilə təmaslar qurulur, əlaqələr gücləndirilir, elmin və mədəniyyətin mübadiləsi baş tutur. Alimlərimiz xarici ölkələrin elmi konfranslarında iştirak edirlər, beynəlxalq, mötəbər elmi nəşrlərdə çap olunurlar”.

Mədəniyyətin cəmiyyətdə, eləcə də beynəlxalq miqyasda təbliği dövlət siyasətinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, dövlətin mədəniyyət konsepsiyası mədəni proseslərin başlıca istiqamət, məqsəd, vəzifə, üsul və mexanizmlərini müəyyənləşdirməklə bu prosesləri idarə etmək imkanı qazanır.

Müsahibimiz nəzərə çatdırıb ki, ölkəmizdə keçirilən bir çox festivalların - Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivalların - mədəniyyətimizin təbliğində əhəmiyyətli rol oynadığı danılmaz faktdır. Artıq dörd ildir ki, “XarıBülbül” Beynəlxalq Musiqi Festivalı da bərpa olunaraq bu sıranı genişləndirib. Bu festival nəinki Azərbaycan musiqisinin, həmçinin Azərbaycanda yaşayan xalqların folklor ansambllarının çıxışlarını da çevrələyir:

“Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya çatdırılması istiqamətində bu gün Heydər Əliyev Fondunun rolu və dəstəyi böyükdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycan muğam və aşıq sənəti, eləcə də xalçaçılıq və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib”.

E.Akimova televiziyalarda bu məsələnin konseptual amala çevrilmədiyinə təəssüfünü bildirib. Obub dediyinə görə, istisna olaraq, İctimai TV və Mədəniyyət TV-nin bu yöndə hazırladığı bir çox verilişlərini qeyd etmək olar:

“Məsələn, “Ustad dərsi” verilişi var. Çox bəyənirəm. Yaxud Mədəniyyət TV-də ədəbiyyatımızın, mədəniyyətimizin, dəyərlərimizin təbliği ilə bağlı meydana qoyulan bir çox verilişlər var ki, səmərəli və effektiv fəaliyyət göstərirlər. Əslində, hər televiziya kanalında az sayda da olsa faydalı nəsə tapmaq mümkündür. Sadəcə bu gün televiziyada ağırlıq təşkil edən şou verilişləri, sosial yönümlü proqramlar o qədər bayağı, antiestet bir ruhla hazırlanır ki, nəticədə ağıllı, intellektual tamaşaçını da ekran qarşısından perik salır”.

Millət vəkilinin fikrincə, ilk növbədə, ağırlığı elmin, mədəniyyətin təbliği üstündə qurulan verilişlərə vermək, bu verilişlərin effektiv təsir göstərməsini təmin etmək üçün milli məfkurə xəttini, vahid dövlətçilik ideyalarını dominanta çevirmək lazımdır. Bir də televiziyalar arasında bu yöndə rəqabəti gücləndirməyə ehtiyac var:

“Təəssüf ki, bu gün televiziya kanalları arasında rəqabət ancaq şou proqramları, sosial yönümlü verilişlər arasında gedir. “Kto bolşe” - yarış dəyərlərin deyil, dəyərsizliyin təbliğini prioritetə çevirmək uğrundadır. Halbuki indi televiziyalar məhz mədəniyyətin, elm və tariximizin təbliğində rəqabətə təşəbbüskar olmalı, rəqabətdən yorulmamalıdırlar. Bu, mədəniyyətin cəmiyyətdə inkişafına ən böyük stimulu verər”.

Üzeyir Şəfiyev: Hər cəmiyyət özünün müsbət mənəvi və əxlaqi dəyərlərini mübadilə yolu ilə bəşəri dəyərlərə çevrir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, hər bir xalqın identikliyi, onun milli kimliyi, ona məxsus adət-ənənələrin, milli mənəvi, əxlaqi dəyərlərin mövcudluğu, saflığı ilə ölçülür. Onun sözlərinə görə, Azərbaycan xalqının da qədim adət-ənənələri var və Azərbaycan xalqının çox müsbət arxetipləri var. Hansı ki, bu arxetiplər vasitəsilə cəmiyyətimiz öz-özünü tənzimləyib və bu adət-ənənələr sosial varisliklə nəsildən nəslə ötürülür.

Ü.Şəfiyev qeyd edib ki, bu gün Azərbaycan cəmiyyəti qlobal dünyaya inteqrasiya olunur və bu qlobal dünyaya inteqrasiya zamanı öz milli-mənəvi, əxlaqi dəyərləri ilə inteqrasiya olunur.

Cəmiyyətlər arasında dialoqun mövcud olduğunu deyən sosioloq nəzərə çatdırıb ki, hər cəmiyyətin özünün müsbət mənəvi və əxlaqi dəyərləri var və bu dəyərlər bəzən mübadilə yolu ilə bəşəri dəyərlərə çevrilir:

“Azərbaycan xalqı da bu qlobal prosesdə mövcuddur. Şübhəsiz ki, burada müxtəlif tendensiyalar var. Bir sıra güc mərkəzləri istəyirlər ki, müxtəlif üsullarla, müxtəlif alətlərlə, xalqların həyat tərzlərinə, onların milli identikliyinə, milli kimliyinə nüfuz eləsinlər və bunu müxtəlif üsullarla eləyir.

Bəzi bayramlar var ki, hansı ki bizim cəmiyyətə yad bayramlardır və bu bayramları cəmiyyətimizə yansıtmaq istəyirlər.

Məsələn, Halloween və digər qəbildən olan bayramları sırımaq istəyirlər, hansı ki, bu bayramlar xüsusi misyoner bir məqsəd güdür və məqsəd cəmiyyətlərin tərzləri dəyişməkdir”.

“Buna görə Azərbaycan xalqı bu məsələdə çox ayıq olmalıdır” deyən ekspertə görə, özümüzün milli-mənəvi, əxlaqi dəyərlərini aşılayan bayramları yaşatmağı bacarmalıyıq. Yəni, dərsliklərimizdə, eyni zamanda uşaq filmlərində, bədi filmlərdə, sənədli filmlərdə o dəyərləri- mənəvi, əxlaqi və bayramlar vasitəsilə ötürülən dəyərləri hər daim yaşatmalıyıq.

Həçsöhbətimiz deyib ki, bizim cəmiyyətimizin milli xarakteri, sosial xarakterinin öz əksini tapdığı oyunları mövcuddur. Həmin oyunları uşaq filmləri vasitəsilə nəsildən nəsilə ötürmək lazımdır. Bu oyunlarda məhz Azərbaycan xalqının identik xüsusiyyətləri öz əksinə tapıb:

“Bu gün, məsələn, bunu etmək çox faydalıdır. Çünki sosial şəbəkə vasitəsilə fərqli-fərqli xalqlara məxsus olan oyunlar, süni intellekt üzərində formalaşdırılan oyunlar ölkələrin mədəniyyətlərinə, həyat tərzlərinə yansıyır və bu oyunlar xarici oyunlardır. Onlar xalqların həmin oyunlar vasitəsilə düşüncə tərzinə təsir edir və uşaqların xarakter kimliyinin, milli mənlik şüurunun dağıtmağa xidmət edir”.

Müsahibimiz diqqətə çatdırıb ki, belə oyunların sosial şəbəkələrdən daxil olmağına imkan verməmək üçün süzgəc mexanizmi tətbiq etməliyik. Dediyinə görə, elə etməliyik ki, bu oyunlar Azərbaycan cəmiyyətinə daxil olmasın:

“Tarixən mövcud olan uşaq oyunlarını ədəbiyyat nümunələri, bədii nümunələr, televiziya verlişləri və dərsliklər vasitəsilə indiki nəsilə çatdırmalıyıq ki, o da gələcək nəsillərə varisliklə keçə bilsin”.

Sosiloloq qeyd edib ki, məhz milli adət-ənənələrimizin əks olunduğu bayramlara xüsusi önəm verməliyik. Onun sözlərinə görə, ölkəmizdə bununla bağlı xeyli işlər görülür. O bildirib ki, milli-mənəvi dəyərlərin təbliği mərkəzlərimiz, multikulturalist mərkəzimiz var. Həmçinin ölkə başçımız tərəfindən dəfələrlə bildirilir ki, bizim milli-mənəvi dəyərləri qorumaq lazımdır:

“Çünki qloballaşma dövründə bu çox vacibdir. Azərbaycan xalqı qloballaşmaya öz milli-mənəvi və əxlaqi dəyərləri ilə daxil olmalıdır. Beləliklə də biz milli identikliyi qoruya bilərik”.

Mina Mikayılova

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyilə hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see166

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see165

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see138

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see126

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see125

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see124

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see124

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see122

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see121

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see121

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see120

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see120

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see118

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see117

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see116

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see116

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see116

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see114

DİQQƏT: Telegram da yeni dələduzluq üsulu peyda olub

22 İyul 2025 03:18see114

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri