Xanım jurnalist bu universitetə mətbuat katibi TƏYİN EDİLDİ

30.01.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib.

Modern.az-ın məlumatına görə, Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Müvafiq əmr Universitetin rektoru Elbrus İsayev tərəfindən imzalanıb.

1989-cu ildə Naxçıvan şəhərində anadan olan Kifayət Mahmudova Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr dərəcəsində, 2013-2015-ci illərdə Jurnalistika ixtisası üzrə magistr dərəcəsində təhsil alıb.

O, 2013- 2024-ci illərdə Naxçıvan Teleradiosunda fəaliyyət göstərib. “Xəbərlər” və “İctimai-siyasi məsələlər” redaksiyasında, 104.1 FM “Naxçıvan radiosu”nda aparıcı-redaktor olaraq çalışıb. “Günün-tələbi”, “Mövzu bizik” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью