Xanım jurnalist bu universitetə mətbuat katibi TƏYİN EDİLDİ
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib.
Modern.az-ın məlumatına görə, Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Müvafiq əmr Universitetin rektoru Elbrus İsayev tərəfindən imzalanıb.
1989-cu ildə Naxçıvan şəhərində anadan olan Kifayət Mahmudova Naxçıvan Dövlət Universitetinin Tarix ixtisası üzrə bakalavr dərəcəsində, 2013-2015-ci illərdə Jurnalistika ixtisası üzrə magistr dərəcəsində təhsil alıb.
O, 2013- 2024-ci illərdə Naxçıvan Teleradiosunda fəaliyyət göstərib. “Xəbərlər” və “İctimai-siyasi məsələlər” redaksiyasında, 104.1 FM “Naxçıvan radiosu”nda aparıcı-redaktor olaraq çalışıb. “Günün-tələbi”, “Mövzu bizik” verilişlərinin layihə rəhbəri və aparıcısı olub.
Baxış sayı:134
Bu xəbər 30 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















