Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rauf RƏCƏBOVAzərbaycan Milli İnkişaf Layihəsi ictimai birliyinin sədri19-20 oktyabr tarixlərində Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Xankəndi şəhərində keçirilən “QHT-lərin 3-cü Forumu” mənim üçün sadəcə bir tədbir deyildi - bu, tarixlə, şəhid ruhları və millətimin qüruru ilə canlı təmas idi.
Biz foruma Bərdə-Ağdam yolu ilə getdik. Yol boyu gözüm torpağa, qəlbim isə illərlə həsrət qaldığımız o yurd yerlərinə dikilmişdi.Xocalıdan k
Sanki Xocalıda şəhid olanların ruhları bizi izləyirdi, addımlarımızı müşayiət edirdi.
Hər daşda, hər küləkdə, hər baxışda o faciənin izlərini hiss etmək olurdu.
Bu torpaqlar bizə həm ağrı, həm də qürur bəxş edir - çünki orada həm məsumların qanı axıdılıb, həm də ədalətin zəfəri yazılıb.Xankəndiyə çatanda tamam başqa bir duyğu bürüdü məni.
Şəhər sanki çoxdan azərbaycanlıların isti nəfəsinin həsrətində idi.
Küçələrdə bir səssizlik vardı, amma bu səssizliyin altında sanki bir rahatlıq, bir dönüş sevinci gizlənmişdi.