Icma.az
close
up
RU
Xankəndi: böyük qələbəmiz

Xankəndi: böyük qələbəmiz

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Rauf RƏCƏBOV
Azərbaycan Milli İnkişaf Layihəsi ictimai birliyinin sədri
19-20 oktyabr tarixlərində Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Xankəndi şəhərində keçirilən “QHT-lərin 3-cü Forumu” mənim üçün sadəcə bir tədbir deyildi - bu, tarixlə, şəhid ruhları və millətimin qüruru ilə canlı təmas idi.

Biz foruma Bərdə-Ağdam yolu ilə getdik. Yol boyu gözüm torpağa, qəlbim isə illərlə həsrət qaldığımız o yurd yerlərinə dikilmişdi.
Xocalıdan keçərkən içimə qəribə bir sükut çökmüşdü. Sanki Xocalıda şəhid olanların ruhları bizi izləyirdi, addımlarımızı müşayiət edirdi. Hər daşda, hər küləkdə, hər baxışda o faciənin izlərini hiss etmək olurdu.
Bu torpaqlar bizə həm ağrı, həm də qürur bəxş edir - çünki orada həm məsumların qanı axıdılıb, həm də ədalətin zəfəri yazılıb.

Xankəndiyə çatanda tamam başqa bir duyğu bürüdü məni. Şəhər sanki çoxdan azərbaycanlıların isti nəfəsinin həsrətində idi. Küçələrdə bir səssizlik vardı, amma bu səssizliyin altında sanki bir rahatlıq, bir dönüş sevinci gizlənmişdi. Hər addımda hiss olunurdu ki, buraya həyat yenidən qayıdır.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu bu yerlərdə dolaşır. Onların qanı ilə yazılan tarix indi torpağın hər qarışındadır. Xankəndidə olarkən bu qəhrəmanların necə bir igidlik göstərdiklərini daha dərk edirsən.
Bəzən adam düşünür ki, bəlkə də bu səfər bir reallıq yox, bir xəyal idi. Çünki uzun illər düşmən tapdağında qalan Xankəndidə olmaq, o torpaqda Azərbaycan bayrağının kölgəsində addımlamaq bir möcüzə kimi gəlir adama. Amma bu möcüzəni yaradan millətin iradəsi, şəhidlərin qanı və xalqın birliyidir.
Bu səfər mənim yaddaşıma bir ömürlük yazıldı - həm qürur, həm minnətdarlıq, həm də məsuliyyət kimi. Çünki bu torpağın hər qarışı bizdən təkcə sevinmək yox, həm də onu qorumağı, yaşatmağı tələb edir.

İndi Xankəndi azad nəfəs alır, biz isə o nəfəsin əsl sahibləriyik. Bu torpağın hər qarışında illərin nisgili, şəhidlərin qanı, anaların göz yaşı, eyni zamanda qürurun, iradənin və yenilməzliyin izi var. Bu torpaqlarda yenidən dalğalanan üçrəngli bayrağımız təkcə bir dövlət rəmzi deyil - o, xalqımızın əyilməzliyinin, şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qələbə dastanının simvoludur.
Bizə bu sevinci, bu qüruru yaşadan bütün qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən torpağını canları ilə suvararaq əbədiyyətə qovuşdular, lakin adları xalqın yaddaşında, qəlbimizdə əbədi yaşayacaq.
Hər bir şəhidimizin ruhu bu gün azad Xankəndinin üzərində bir nur kimi dolaşır. Qazilərimizə isə can sağlığı, güc və səbir arzulayırıq - çünki onların hər addımı, hər baxışı xalqımız üçün qürur mənbəyidir.
Tarixin bütün dönəmlərində bir yumruq kimi birləşməyi bacaran, ağır sınaqlardan alnıaçıq çıxan xalqımıza xoşbəxt, firavan və sevinli günlər arzulayıram. Biz artıq sübut etdik ki, birlikdə olanda qarşımızda heç bir qüvvə dayana bilməz. Bu birlik, bu güc bizi gələcəyə aparacaq və azad torpaqlarda həyat yenidən çiçəklənəcək.
İndi Xankəndinin səssiz küçələrində həyat yenidən başlayır - uşaq gülüşləri, ana duaları, Vətən sevgisi ilə dolu bir sabah doğur. Və o sabahın adı Azərbaycandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri