“Xankəndi” FK Bəhruz Teymurovla müqaviləni yenilədi

16.07.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” klubu futbolçusu Bəhruz Teymurovla əməkdaşlığı davam etdirəcək.

İdman.Biz xəbər verir ki, klubla hücumçu arasında bir illik yeni müqavilə imzalanıb.

Təcrübəli futbolçu karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı” klublarında çıxış edib. O, həmçinin Azərbaycanın U-19 yığmasının da formasını geyinib.

Bəhruz Teymurov “Şamaxı” ilə Birinci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medalçısı, “Karvan” ilə isə ölkə çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, “Xankəndi” 2026/2027 mövsümündən etibarən Birinci Liqada mübarizə aparacaq.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью