“Xankəndi” FK Bəhruz Teymurovla müqaviləni yenilədi
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birinci Liqada debüt etməyə hazırlaşan “Xankəndi” klubu futbolçusu Bəhruz Teymurovla əməkdaşlığı davam etdirəcək.
İdman.Biz xəbər verir ki, klubla hücumçu arasında bir illik yeni müqavilə imzalanıb.
Təcrübəli futbolçu karyerası ərzində “Karvan”, “Xəzər Lənkəran”, “Şəmkir”, MOİK, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Kəpəz” və “Şamaxı” klublarında çıxış edib. O, həmçinin Azərbaycanın U-19 yığmasının da formasını geyinib.
Bəhruz Teymurov “Şamaxı” ilə Birinci Liqanın çempionu, “Zaqatala” ilə gümüş və bürünc medalçısı, “Karvan” ilə isə ölkə çempionatının bürünc mükafatçısı olub.
Qeyd edək ki, “Xankəndi” 2026/2027 mövsümündən etibarən Birinci Liqada mübarizə aparacaq.
Bu mövzuda digər xəbərlər:“Xankəndi” Asif Məmmədovla müqaviləni yenilədi
25 İyul 2026 16:14
“Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
24 May 2026 23:01
Region Liqası: Xankəndi FK çempion oldu
23 May 2025 03:02
Xankəndi FK tarixinsə ilk dəfə kubok sahibi oldu
22 May 2025 21:06
Röyal Nəcəfov Xankəndi FK nin baş məşqçisi oldu
29 Sentyabr 2026 11:04
Baxış sayı:100
Bu xəbər 16 İyul 2026 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















