525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dilqəm Əhməd, jurnalist: - Mənim tanıdığım şuşalılar arasında dəyərli Kərim Kərimlinin xüsusi yeri var.
2014-cü ildə "TeasPress"in redaksiyasında tanıdım Kərim bəyi. Dostlaşdıq, üç kitabımın ərsəyə gəlməsində əvəzsiz rolu oldu.
Şuşa o zaman işğalda idi, amma Kərim bəy sanki Şuşanın insanlaşmış bir halı idi. Kərim bəyin Şuşa ilə bağlı bir neçə şeir kitabı var.
Şuşanın azad olunması xəbərini eşidəndə onun necə hisslər keçirdiyini təsadüfi çəkilən videoda gördük, təsirləndik.
Kərim bəy Şuşaya köçən ilk sakinlərdəndir. Fəaliyyətinə artıq burada davam edir. Əsas işi də elə Şuşanı tanıtmaqdır.
Ondan başqa Şuşanı ev-ev, küçə-küçə kim tanıyır ki... Dünən tədbirin yekunundan sonra Kərim bəyin Şuşada qurduğu kitabxanada oldum, onunla g
Mənə yeni Şuşanı tanıtdı, keçmiş Şuşanın izlərini göstərdi. Şuşalı günləriniz əbədi olsun, Kərim bəy.