Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 21-də Qarabağ Universitetinin İncəsənət fakültəsində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar təşkil olunub.
Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
XQ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın I Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalmış büstlərini ziyarət ediblər.
Seminarda Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı bəstəkar Türkər Qasımzadə və MEMİM-in direktor vəzifəsinə icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov giriş sözü söyləyiblər.
Qeyd olunub ki, seminarın məqsədi müasir Azərbaycan professional musiqisinin banisi olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini gənc nəsillərə çatdırmaqla onları maarifləndirməkdən ibarətdir.
Bildirilib ki, Üzeyir Hacıbəyli fenomeni bir əsrdən çoxdur mədəniyyətimizin inkişafına öz töhfəsini verir.
Dahi bəstəkarın musiqi irsi dünya miqyasında Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirir.