Icma.az
close
up
RU
Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi praktik seminar keçirilib

Xankəndidə “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi praktik seminar keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Qarabağ bölgəsində həyata keçirilən “Mədəniyyət rüzgarı” layihəsi çərçivəsində oktyabrın 21-də Qarabağ Universitetinin İncəsənət fakültəsində “Azərbaycan mədəniyyətində Üzeyir Hacıbəyli fenomeni” mövzusunda elmi-praktik seminar təşkil olunub.

Dahi bəstəkar, musiqişünas alim, pedaqoq, publisist, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

XQ xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Şuşa şəhərində Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın I Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalmış büstlərini ziyarət ediblər. 

Seminarda Qarabağ Universiteti İncəsənət fakültəsinin dekanı bəstəkar Türkər Qasımzadə və MEMİM-in direktor vəzifəsinə icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov giriş sözü söyləyiblər. Qeyd olunub ki, seminarın məqsədi müasir Azərbaycan professional musiqisinin banisi olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsini gənc nəsillərə çatdırmaqla onları maarifləndirməkdən ibarətdir. Bildirilib ki, Üzeyir Hacıbəyli fenomeni bir əsrdən çoxdur mədəniyyətimizin inkişafına öz töhfəsini verir. Dahi bəstəkarın musiqi irsi dünya miqyasında Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirir. 

Sonra seminar MEMİM-in əməkdaşı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə “Üzeyir Hacıbəyli dühası XXI əsrin mədəniyyət güzgüsündə” adlı yeni faktlar və sənədlərlə zəngin məruzəsində sənətkarın yaradıcılığını dünya musiqisi kontekstində işıqlandırıb, onun ideyalarının həmişəyaşarlığı fikrini vurğulayıb. 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qarabağ Universiteti İncəsənət fakültəsinin baş müəllimi Aybəniz Növrəsli “Üzeyir Hacıbəyli və musiqi pedaqogikası” mövzusunda çıxış edərək musiqi təhsili sahəsində mövcud müxtəlif sistemlərdən söz açıb, onlardan bəhrələnməyin zəruriliyi məsələsinə toxunub. 

Məruzəçilər auditoriyanın suallarını cavablandırıb. Sonda Qarabağ Universitetinə bir sıra elmi nəşrlər hədiyyə edilib.

Seminarın gedişində bədii proqram da təqdim olunub. Qarabağ Universiteti tələbə xorunun (bədii rəhbər: Rüfət Xəlilov, konsermeysterlər: Ehtiram Ağazadə, Aytac Dadaşova) ifasında Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların xoru” və “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru səsləndirilib.

İncəsənət fakültəsinin müəllimi Əməkdar artist Anar Şuşalı “Arşın mal alan”dan Əsgərin ariyasını (konsertmeyster: həmin fakültənin müəllimi, pianoçu Zakir Əsədov) ifa edib. Tələbələr İsmayıl İsmayılov və Elnarə Abdullayeva isə “Leyli və Məcnun” operasından “Görüş” səhnəsini səsləndiriblər. Onları fakültənin müəllimləri Bəhruz Zeynalov (tar) və Fərid Babayev (kamança) müşayiət ediblər. 

Xatırladaq ki, MEMİM-in 20-31 oktyabr tarixlərini əhatə edən Qarabağda “Mədəniyyət rüzgarı” layihəsi Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri