Xankəndidə geniş forum Mühüm çağırışlar səsləndirildi + FOTOLAR | Icma.az
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq. Oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edi
Ardınca Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” adlı videoçarx nümayiş olunub.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğu ilə bağlı fikirlərinə həsr olunmuş xüsusi videoçarx təqdim edilib.Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən etibarən hər il keçirilən QHT-lərin illik toplantısı artıq mühüm əməkdaşlıq platformasına çevrilib.
Onun sözlərinə görə, Agentlik 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz göstərici ilə tamamlayıb ki, bu da qurumun tarixində ilk belə nəticədir.A.
Əliyeva qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək.
Bundan başqa, Azərbaycan–Qazaxıstan və Azərbaycan–Çin QHT-ləri arasında əməkdaşlıq platformalarının qurulması istiqamətində də işlər aparılır.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov forumda çıxış edərək bildirib ki, hazırda bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb.
O, QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyası, sosial adaptasiyası və bərpa proseslərinə fəal qoşulmağa çağırıb: “Bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı dərinləşdirəcək, Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə və Azərbaycan dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.”Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev isə vurğulayıb ki, artıq Azərbaycanda dövlət–QHT münasibətləri “yardım modeli”ndən çıxaraq qarşılıqlı məsuliyyət və şəffaflıq prinsipləri üzərində qurulur: “Məqsəd sadəcə layihələri maliyyələşdirmək deyil, onların təsirini sistemli şəkildə ölçmək və ictimai dəyərə çevirməkdir.
Tam oxu
Xəbəri oxu