Icma.az
close
up
RU
Xankəndidə geniş forum Mühüm çağırışlar səsləndirildi + FOTOLAR

Xankəndidə geniş forum Mühüm çağırışlar səsləndirildi + FOTOLAR

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun rəsmi açılışı keçirilib.

“AzPolitika” xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və konstitusiya quruluşunun qorunması uğrunda həyatını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca Xalq artisti Fəxrəddin Manafovun ifasında “Şəhidə məktub” adlı videoçarx nümayiş olunub. Həmçinin Ümummilli Lider Heydər Əliyevin konstitusiya quruculuğu ilə bağlı fikirlərinə həsr olunmuş xüsusi videoçarx təqdim edilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, 2023-cü ildən etibarən hər il keçirilən QHT-lərin illik toplantısı artıq mühüm əməkdaşlıq platformasına çevrilib. Onun sözlərinə görə, Agentlik 19 dövlət proqramı üzrə 67 tapşırığın icrasını 97 faiz göstərici ilə tamamlayıb ki, bu da qurumun tarixində ilk belə nəticədir.

A. Əliyeva qeyd edib ki, 2025-ci ilin noyabrında Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu keçiriləcək. Bundan başqa, Azərbaycan–Qazaxıstan və Azərbaycan–Çin QHT-ləri arasında əməkdaşlıq platformalarının qurulması istiqamətində də işlər aparılır.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov forumda çıxış edərək bildirib ki, hazırda bu ərazilərdə 22 mindən çox şəxs məskunlaşıb. O, QHT-ləri azad edilmiş ərazilərin reinteqrasiyası, sosial adaptasiyası və bərpa proseslərinə fəal qoşulmağa çağırıb: “Bu cür görüşlər dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı dərinləşdirəcək, Konstitusiyanın ruhuna uyğun birgə fəaliyyətin möhkəmlənməsinə və Azərbaycan dəyərlərinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.”

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev isə vurğulayıb ki, artıq Azərbaycanda dövlət–QHT münasibətləri “yardım modeli”ndən çıxaraq qarşılıqlı məsuliyyət və şəffaflıq prinsipləri üzərində qurulur:  “Məqsəd sadəcə layihələri maliyyələşdirmək deyil, onların təsirini sistemli şəkildə ölçmək və ictimai dəyərə çevirməkdir. QHT sektorunda böyük canlanma, proaktiv fəaliyyət və ölçülə bilən nəticələr ön plana çıxır.”

“Qarabağ Dirçəliş Fondu” İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxışında QHT sektorunda “kəmiyyətdən keyfiyyətə keçid”in gücləndiyini bildirib. O, ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə QHT-lər üçün müsabiqələr elan etdiklərini və prosesdə əsas tərəfdaşın ANAMA olduğunu qeyd edib. Hacıyev bu müsabiqələr çərçivəsində mina və partlamamış hərbi sursat (PHS) mövzusunda mühüm təşəbbüslərin gözlənildiyini vurğulayıb.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial Sərmayələr Departamentinin direktoru Xalid Rəcəbov da ilk dəfə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə birgə qrant müsabiqələrinin elan edildiyini və bunun uğurlu başlanğıc olacağına inandığını bildirib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Azərbaycan vətəndaş cəmiyyətinin milli maraqların müdafiəsində vahid mövqedən çıxış etməsinin vacibliyini qeyd edib: “Azərbaycan vətəndaş cəmiyyəti qaya kimi möhkəm və daim işgüzar olmalıdır.”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə bildirib ki, vətəndaş cəmiyyətinin inkişafında “layihə yönümlü fəaliyyətin yerini proses yönümlü sistemin tutması” strateji çağırışdır: “Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir. Azərbaycan vətəndaş cəmiyyəti artıq bu keçidi reallaşdırmağa yaxındır.”

Tədbirin aparıcısı, tanınmış diktor Dilarə Səlim Azərbaycan QHT təmsilçilərinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş fikirlərindən ibarət videoçarxı təqdim edib. Forumun işi daha sonra dörd panel üzrə davam etdirilib və bədii hissə ilə yekunlaşıb.

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri