Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda akkreditə olunmuş səfirlərin Xankəndinə aparılması maraqlı hadisədir.
Həm də onlarla Qarabağ Universitetində görüşün keçirilməsi. Bu da ayrıca önəm daşıyır. Niyəsini deyim.
Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əslində bunu çox aydın ifadə edib.
Ötən əsrin 80-ci illərinin sonunda bu şəhər separatizmin, terrorizmin mərkəzinə çevrilmişdi.
Təbii ki, Ermənistanın və onun arxasında duran güclərin sayəsində Xankəndi cinayətkar yuvasına dönmüşdü.
Ancaq Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla və 2023-cü ildə antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Bundan sonra Qarabağ nəhəng inşaat meydanına çevrildi; burada təmir-bərpa və tikinti işləri geniş vüsətlə və tam sürətlə gedir.