Icma.az
close
up
RU
Xankəndidən dünyaya mesajlar: müharibə üzərində qələbə dərsi

Xankəndidən dünyaya mesajlar: müharibə üzərində qələbə dərsi

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda akkreditə olunmuş səfirlərin Xankəndinə aparılması maraqlı hadisədir. Həm də onlarla Qarabağ Universitetində görüşün keçirilməsi. Bu da ayrıca önəm daşıyır.

Niyəsini deyim. Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əslində bunu çox aydın ifadə edib. Ötən əsrin 80-ci illərinin sonunda bu şəhər separatizmin, terrorizmin mərkəzinə çevrilmişdi. Təbii ki, Ermənistanın və onun arxasında duran güclərin sayəsində Xankəndi cinayətkar yuvasına dönmüşdü. Ancaq Azərbaycan 2020-ci ildə hərbi əməliyyatlarla və 2023-cü ildə antiterror tədbirləri ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bundan sonra Qarabağ nəhəng inşaat meydanına çevrildi; burada təmir-bərpa və tikinti işləri geniş vüsətlə və tam sürətlə gedir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşma və iqtisadi-təsərrüfat fəaliyyətləri yüksələn xətlə davam edir. Azərbaycan özü təkbaşına bu bölgəyə nəhəng məbləğlərdə sərmayələr yatırır, mühüm iqtisadi, infrastruktur, sosial-mədəni layihələr həyata keçirir.

Beləliklə, 30 ildən çox müddət ərzində Ermənistanın işğal edib, separatizm, terrorizm yuvasına çevirdiyi Qarabağ, eləcə də, Şərqi Zəngəzur bölgələri indi bir yandan sabitlik, dinc quruculuq məkanına, biznes cənnətinə dpnür, o biri yandan, elm, təhsil, mədəniyyət mərkəzi halına gəlir.

El arasında deyildiyi kimi, kimin əli dəyən yerdə ot da bitmədiyini, kimin əli dəyən yerin güllük-gülüstana çevrildiyini hər kəs görür. Əlbəttə, o "hər kəs" əgər təkcə gözü ilə deyil, həm də vicdanı ilə baxırsa.

Bax, bu səbəbdən (həm də bu səbəbdən) Azərbaycandakı xarici diplomatik korpus təmsilçilərinin Qarabağa, Şərqi Zəngəzura müntəzəm səfərləri mühümdür. Bizim görməyimiz bir ayrıdır, kənar gözlərə göstərməyimiz isə bir başqa əhəmiyyətlidir.

Biz xarici ölkələrin səfirlərinə göstərdik: kim vaxtilə Qarabağda terror dəstələri yaratmışdı, kim indi Universitet açıb.

Fərqi görürsünüzmü?!

Ermənistan otuz illik işğal dövründə Qarabağda torpağa milyonlarla mina basdırıb, Azərbaycan isə gül fidanları basdırır, ağac əkir, meşə salır. İşğalçı onillərlə Qarabağda evləri, xəstəxanaları, dini məbədləri dağıdırdı, Azərbaycan isə azad etdiyi bu torpaqlarda yeni şəhərlər, qəsəbələr, kəndlər salır, dini ibadətgahları bərpa edir. İşğalçı uşaq bağçalarını, orta məktəbləri viran qoyduğu halda, Azərbaycan indi bu bölgələrdə də yeni məktəbəqədər, orta ümumtəhsil, hətta ali təhsil ocaqları yaradır, qurur. 2020-ci il noyabrın 8-ə - tarixi qələbəyə qədər işğal altında olmuş Qarabağda, Şərqi Zəngəzurda indi körpələr, uşaqlar bağçalara, şagirdlər məktəblərə, tələbələr universitetə dərsə gedir, böyüklər biznes açır, işə görür.

Yaxud başqa bir fərqə diqqət edək: işğalçı bölgəni Azərbaycanın qalan əraziləri ilə birləşdirən yolları bağlayır, körpüləri dağıdır, keçilməz hərbi istehkamlar qurur, dərin səngərlər, yeraltı bunkerlər qazırdı. Amma Azərbaycan yeni magistrallar salır, dəmiryollarını bərpa edir, hava linanları tikir, yeni ligistika mərkəzləri yaradır. Hətta Ermınistanın öz ərazisindən də keçəcək nəqliyyat-kommunikasiya xətlərinin öz payına düşən hissəsini Azərbaycan qurub və qurmaqda davam edir.

Bu fərqləri görürsünüz. Qarabağa səfər edən diplomatların da gördüyü və görməli olduğu gerçəklər məhz bunlardır.

Hikmət Hacıyev deyir: "Azərbaycan Cənubi Qafqazda yeni status-kvo yaradıb".

Bu, təbii ki, doğru fikirdir; Azərbaycan bölgənin geopolitikasına korrektələr edib, yeni reallıqlar gətirib. Ən başlıcası, Azərbaycan Cənubi Qafqaz xalqlarına müharibəyə alternativ olan dinc həyat modelini qazandırıb. Azərbaycan prezidenti İlham Əliyevin də yeri gəldikcə, çıxışlarında dediyi kimi, tarix boyu müharibələr, münaqişələr, qanlı toqquşmalar meydanına çevrilmiş Cənubi Qafqaz bölgəsində sülh, dinc qonşuluq, səmimi dostluq, qarşılıqlı işbirliyi şəraitində yaşamaq da mümkün olarmış! Azərbaycan bölgəyə bu alternativi - bu yolu göstərdi, xalqlar üçün müharibəsiz yaşamın "yol xəritəsi"ni cızdı.

Əsrlərlə belə bir fikir formalaşdırılmış və sanki doqma dərəcəsində təqdim, təlqin olunmuşdu ki, Cənubi Qafqazda dinc həyat mümkün deyil; burada yaşayan xalqlar, xüsusilə, müsəlman toplumlar mədəniyyət yarada bilməzlər, əksinə mədəniyyətləri dağıdanlardır və sair. Guya biz yalnız vuran, qıran, dağıdan, bir-biri ilə didişən, necə deyərlər, yarımyabanı insan cəmiyyətləriyik. Ancaq Azərbaycan bütün bunların tam əksini bir daha, təkzibolunmaz dəlillərlə isbat etdi.

Bu səbəbdən (həm də bu səbəbdən) 2020-ci il 8 noyabr qələbəsi təkcə hərbi zəfər deyil; bunu, sadəcə, müharibədə qalib gəlməyimiz kimi təqdim etmək doğru olmaz. Bu qələbə həm də əsrlərlə formalaşmış, qəsdən formalaşdırılmış və beyinlərə yeridilmiş yanlış-yabançı təsəvvürləri, daşlaşmış stereotipləri dəyişdi, hətta dağıtdı. Bu, Cənubi Qafqaz bölgəsində tarixi prosesin gedişini dəyişən bir gediş idi. Ona görə də bu qələbəyə "tarixi" ifadəsi yaraşır. Çünki Azərbaycan bu qələbəni, sadəcə, özü üçün qazanmayıb ki! Bu, bütün Qafqazın, daha geniş mənada insanlığın qələbəsidir. Bu, təkcə müharibədə qələbə deyildi, müharibə üzərində qələbə idi.

Xarici diplomatların da Qarabağ səfərindən, Xankəndi görüşündən çıxaracaqları, çıxarmalı olduqları ən başlıca nəticələr məhz bunlardır. Xüsusilə, Ermənistanı qəsdən silahlandırıb, bu bölgəni yenidən dağıdıcı müharibə girdabına sürükləmək istəyənlər üçün burda aydın və inandırıcı dərslər var. Belə deyək: Xankəndində - Qarabağ Universitetndə əcnəbi elçilərə Cənubi Qafqazda sülh dərsləri keçildi. Kim nə qədər dinlədi, necə anladı - bu, artıq o elçilərin özlərinə qalıb!

Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see342

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see334

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see328

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see268

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see265

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see249

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see244

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see236

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see228

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see226

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see223

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see221

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see220

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see216

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see208

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see204

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see200

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see189

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see188

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri