525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda həm ölkəmiz, həm region, həm beynəlxalq əhəmiyyət kəsb edən mövzularla bağlı öz fikirlərini səsləndirdi.
Dövlət başçısının çıxışı artıq neçə gündür ki, gündəmin əsas müzakirə olunan mövzularından birinə çevrilib.
ABŞ lideri Donald Tramp da Azərbaycan Prezidentinin Qlobal Media Forumundakı çıxışını özünün rəsmi Truth Social hesabında paylaşıb.
Həmin paylaşımda Prezident İlham Əliyevin Donald Tramp haqqında fikirləri əks olunmuş görüntü yer alıb.
Qeyd etdiyimiz kimi, dövət başçısı ABŞ-la münasibətlər daxil olmaqla, iqlim məsələsi, Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizi, Çinlə əlaqələr, enerji təhlükəsizliyi kimi bir çox aktual mövzulara toxunub.
Milli Məclisin deputatı Elman Nəsirov “525”ə şərhində deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi fikirlər öz forma, məzmun və mahiyyəti etibarilə qlobal əhəmiyyət kəsb edir.
Bu fikirlər həm birbaşa Azərbaycanla bağlıdır, həm də ölkəmizin hüdudlarından kənar proseslərlə, yəni qlobal gündəliyin məsələləri ilə birbaşa əlaqəlidir: “Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycanda COP29-un keçirilməsi həll edilə biləcək vəzifələrin qloballığını özündə əks etdirir.