Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

İran rejimi legitimliyini itirir ŞƏRH

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ATƏT də dərin böhran yaşanır

Xankəndidən dünyaya sülh, əmin amanlıq, təhlükəsizlik mesajları

Xankəndidən dünyaya sülh, əmin amanlıq, təhlükəsizlik mesajları

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda həm ölkəmiz, həm region, həm beynəlxalq əhəmiyyət kəsb edən mövzularla bağlı öz fikirlərini səsləndirdi. Dövlət başçısının çıxışı artıq neçə gündür ki, gündəmin əsas müzakirə olunan mövzularından birinə çevrilib. ABŞ lideri Donald Tramp da Azərbaycan Prezidentinin Qlobal Media Forumundakı çıxışını özünün rəsmi Truth Social hesabında paylaşıb. Həmin paylaşımda Prezident İlham Əliyevin Donald Tramp haqqında fikirləri əks olunmuş görüntü yer alıb. Qeyd etdiyimiz kimi, dövət başçısı ABŞ-la münasibətlər daxil olmaqla, iqlim məsələsi, Ermənistanla sülh prosesi, Zəngəzur dəhlizi, Çinlə əlaqələr, enerji təhlükəsizliyi kimi bir çox aktual mövzulara toxunub.

Milli Məclisin deputatı Elman Nəsirov “525”ə şərhində deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi fikirlər öz forma, məzmun və mahiyyəti etibarilə qlobal əhəmiyyət kəsb edir. Bu fikirlər həm birbaşa Azərbaycanla bağlıdır, həm də ölkəmizin hüdudlarından kənar proseslərlə, yəni qlobal gündəliyin məsələləri ilə birbaşa əlaqəlidir: “Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycanda COP29-un keçirilməsi həll edilə biləcək vəzifələrin qloballığını özündə əks etdirir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə əslində qlobal Cənubla qlobal Şimal arasında bir körpü rolunu oynadı. Nəzərə alsaq ki, bu gün inkişaf etmiş dövlətlərlə inkişaf etməkdə olan dövlətlər arasında bir etimadsızlıq mühüti hökm sürür və bu reallıqda Azərbaycanın atdığı addımlar heç şübhəsiz ki, qeyd edilən problemlərin aradan qaldırılmasına xidmət göstərir. Prezident qeyd etdi ki, bu tədbirə dünyanın 197 ölkəsindən 77 min iştirakçı qatılmışdı, 70 dövlət və hökumət başçısı COP29-da iştirak edirdi. Burada əldə edimiş ən mühüm nəticələrdən bir o oldu ki, karbon bazarlarının fəaliyyəti ilə bağlı 6-cı maddə üzrə razılaşma əldə edildi. Son 10 ildə bu məsələ müzakirə edilsə də, heç bir razılaşma yox idi. Bu, doğrudan da Azərbaycanın tarixi nailiyyətidir. Eyni zamanda, ən mühüm nailiyyətlərdən biri də o oldu ki, iqlim dəyişikliyi problemlərinin həlli ilə bağlı vəsaitin həcmi üç dəfə artırıldı - 100 milyard dollardan 300 milyard dollara qaldırıldı. Bu, əlbəttə ki, yüksək nəticədir,  COP30, COP31, COP32 və digər mühüm sonrakı tədbirlər çərçivəsində bu rəqəmdə dəyişikliklər baş verərsə, sözün həqiqi mənasında iqlim dəyişikliyi problemlərinin həllinə çox böyük töhfə olar. Azərbaycan COP29 tədbiri çərçivəsində öz üzərinə götürdüyü öhdəliyi ləyaqətlə yerinə yetirə bildi və həm də bir nümunə ortaya qoydu. Azərbaycanın 10-dan artıq təşəbbüsü qəbul edildi. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan elə böyük dövlət olmasa da belə, sözünün mənası və çəkisi böyükdür. Dünyada gedən proseslərə çox ciddi təsir etmək imkanına və potensialına malikdir.

Cənab Prezident vurğuladı ki, Azərbaycan dövlətinin COP29 tədbirini keçirməsi təsadüfi deyildi. Azərbaycan yaşıl enerji straregiyasını həyata keçirir, yaşıl zonalar elan edir, məsələn Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan belə zonalardır. Dövlət başçısı vurğuladı ki, yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30 kiçik su elektrik stansiyası istismara verilib ki, onların da istehsal potensialı 280 meqavat gücündədir. Yəni Azərbaycan yaşıl enerji istehsalı sahəsindəki siyasətini həm bəyan edib, həm də bu istiqamətdə real addımlar atır və bunu dünya görür. Amma bu o demək deyildir ki, yanacaq enerjisindən imtina olunur, xeyr, hələ yaxın gələcək üçün də bu enerji mühüm rol oynayacaq. Dünya iqtisadiyyatının inkişafında yanacaq enerjisinin rolu kifayət qədər böyük olacaq. Amma strateji xətt yaşıl enerji istiqamətidir və Azərbaycan onun  istehsalı və ixracında da əsas tərəfdaşlardan birinə çevrilmək hədəfini müəyyən edib”.

Deputat bildirib ki, yanacaq enerjisi sahəsində Azərbaycan Avropanın əsas tərəfdaşlarından biridir. 2021-ci ildə Azərbaycandan Avropa ölklərinə 8 milyard kubmetr qaz ixrac edilirdisə, indi artıq onun həcmi 13 milyard kubmetrə çatıb, 2027-ci ildə bu rəqəmin 20 milyard kub metr olması hədəflənib. Azərbaycan ötən il 50,3 milyard kubmetr qaz hasil edib ki, bunun da yarısı, yəni 25,2 milyard kubmetri ixrac üçün nəzərdə tutulub və 12 dövlətə ixrac olunub. Həmin dövlətin 10-nu Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir, ikisi qardaş Türkiyə və qonşu Gürcüstandır. Azərbaycan enerji təhlükəsizliyi istiqamətində də öz səylərini davam etdirir və bu sahədə çox ciddi uğurlara imza atıb”.

Deputat deyib ki, Prezident eyni zamanda, qlobal təhlükəsizlik məsələlərinə diqqəti cəlb etdi. Zəngəzur dəhlizi ilə bağlı məqamlar diqqətdə saxlanıldı, xüsusi olaraq vurğulandı ki, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. O ki qaldı Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə yükdaşımalara, onun yükdaşıma potensialı 25 milyon tona çatdırılıb, bu da bizim əsas uğurlarımızdan biridir və daha geniş imkanlar var.

E.Nəsirov söyləyib ki, Azərbaycan lideri dünyanın aparıcı dövlətləri ilə münasibətləri də diqqətdə saxladı: “İlk növbədə Çinin adını qeyd etmək istəyərdim. Dövlət başçısı vurğuladı ki, Çin Xalq Respublikası ilə bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. İmzalanmış iki mühüm sənəd - həm strateji tərəfdaşlıq, həm də hərətəfli strateji tərfdaşlıqla bağlı sənədlər Bakı-Pekin münasibətlərinin inkişafının yol xəritəsidir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür, cənab Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında əlaqələr dostluq səviyyəsindədir. Bu da ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar açır. Çindən gələn yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycandan keçməklə Avropaya çatdırılması prosesi geniş miqyas almaqdadır. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti kifayət qədər böyükdür.

Forumda Birləşmiş Ştatlarla da münasibətlər diqqət mərkəzində saxlanıldı. Qeyd olundu ki, Bayden administrasiyası dövründə münasibtlərdə xeyli ziddiyyətlər və gərginliklər var idi, lakin Tramp praqmatik siyasətçidir, onun həm birinci hakimiyyəti dövründə, həm də indi Azərbaycan-ABŞ münasibətləri dinamik inkişaf tempinə malik olub, fundamental məsələlərdə, ilk növbədə enerji təhlükəsizliyi, beynəlxal terrorçuluğa qarşı mübarizə, iqlim dəyişikliyi və digər parametrlər üzrə məsələlərdə mövqelərimiz tamamilə üst-üstə düşüb. Cənab Prezident həm də onu vurğuladı ki, Tramp administrasiyasının klassik, ənənəvi dəyərlərə verdiyi qiymət Azərbaycanda yüksək qiymətləndirilir. Trampın ailə dəyərləri ilə bağlı mövqeyi Azərbaycan xalqının ailə dəyərləri ilə bağlı mövqeyi ilə tamamilə üst-üstə düşür. Onu da qeyd edim ki, cənab Prezidentin bu fikirləri Prezident Trampın özünə məxsus sosial şəbəkə hesabında paylaşılıb. Bu da təsadüfi deyil. Bakı-Vaşinqton münasibətlərinin yüksək inkişaf tempindən xəbər verir”.

Deputat söyləyib ki, Xankəndidə, Şuşada keçirlən beynəlxalq əhəmiyyətli tədbirlər həm də işğaldan azad olunmuş ərazilərdən dünyaya sülh, əmin-amanlıq, təhlükəsizlik mesajları ötürür: “Media Forumda  Azərbaycanla Ermənistan arasında real vəziyyət və sülh müqaviləsinin imzalanmasının perspektivləri də müzakirə olundu. Qeyd edildi ki, Azərbaycan hər zaman sülh prosesinə sadiqdir, çox istəyirik ki, tezliklə regiona uzunmüddətli və dayanıqılı süh gəlsin, həllini gözləyən məsələlər ətrafında Ermənistanda qətiyyətli mövqe ortaya qoyulsun, İrəvan vədlərini yerinə yetirsin, nəhayət ki, bölgəmizdə əmin-amanlıq olsun, uzunmüddətli təhlükəsizlik mühiti formalaşsın. Beləliklə, cənab Prezidentin forumda çıxışı öz məzmunu və xarakteri etibarilə strateji əhəmiyyət kəsb edir və burada demək olar ki, dünyamızın gündəliyini müəyyən edən əsas məsələlərlə bağlı çox aydın, açıq mövqelər ortaya qoyuldu”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see248

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see207

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see202

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see185

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see177

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see163

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see155

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see139

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see136

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri