Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gənclərimiz xaricdə imtahansız universitetlərə qəbul olunur, nəticədə diplomlar faydasız olurSentyabr ayında xarici diplom tanınması üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Cümhuriyyətindən 292, Rusiya Federasiyasından 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarus Respublikasından 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10, İtaliya, Latviya respublikalarının və Macarıstanın hər birindən 6, Çex, Litva və Polşa respublikalarının hər birindən 5, Almaniya Federativ və Çin Xalq respublikalarının hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstan respublikalarının hər birindən 2, Pakistan İslam Respublikası, Avstriya, Estoniya, Qırğız respublikaları, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən 1 müraciət qeydə alınıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.Göründüyü kimi ali təhsil diplomlarının tanınması ilə bağlı problemlər yaxın qonşularımızla daha çox yaşanır.
Statistika göstərir ki, qardaş Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Belarus həmişəki kimi ön sıralardadır.
Ölkə daxilində ali məktəblərə qəbul imtahanlarında uğur qazan bilməyənlərin daha çox üz tutduğu məhz bu ölkələrin ali təhsil müəssisələridir.