Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclərimiz xaricdə imtahansız universitetlərə qəbul olunur, nəticədə diplomlar faydasız olur


Sentyabr ayında xarici diplom tanınması üzrə 751 müraciətçinin 643-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 108 nəfərin  müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. 

Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 58 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 28 əhəmiyyətli fərq (kredit sayı), 9 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq (kredit sayı), 5 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 təhsilalma forması, 2 autentik (həqiqi) olmayan diplom, 1 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olma, 1 əczaçılıq ixtisası (qiyabi təhsilalma formasında), 1 tibb bacısı (qardaşı) işi (qiyabi təhsilalma formasında) ixtisasını göstərmək mümkündür. Ölkələr üzrə Türkiyə Cümhuriyyətindən 292, Rusiya Federasiyasından 176, Ukraynadan 123, Gürcüstandan 36, Belarus Respublikasından 23, Birləşmiş Krallıqdan 23, Amerika Birləşmiş Ştatlarından 10, İtaliya, Latviya respublikalarının və Macarıstanın hər birindən 6, Çex, Litva və Polşa respublikalarının hər birindən 5, Almaniya Federativ və Çin Xalq respublikalarının hər birindən 4, Belçika və Niderland krallıqları, İsveçrə Konfederasiyası və Koreya Respublikasının hər birindən 3, İspaniya Krallığı, Fransa, Qambiya və Qazaxıstan respublikalarının hər birindən 2, Pakistan İslam Respublikası, Avstriya, Estoniya, Qırğız respublikaları, Kanada, Malayziya, Yaponiya və Səudiyyə Ərəbistan Krallığının hər birindən 1 müraciət qeydə alınıb. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 103, iqtisadiyyat üzrə 47, maliyyə üzrə 46, tibb və səhiyyə ixtisasları üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciət qeydə alınıb.

Göründüyü kimi ali təhsil diplomlarının tanınması ilə bağlı problemlər yaxın qonşularımızla daha çox yaşanır. Statistika göstərir ki, qardaş Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Ukrayna, Belarus həmişəki kimi ön sıralardadır. Ölkə daxilində ali məktəblərə qəbul imtahanlarında uğur qazan bilməyənlərin daha çox üz tutduğu məhz bu ölkələrin ali təhsil müəssisələridir. Fəqət soydaşlarımızın bir neçə il ərzində böyük məbləğdə vəsait xərcləyib əldə etdikləri diplomların tanınması sual altına düşür. Xatırladaq ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da bu barədə açıqlama verərək sertifikasiya imtahanlarında uğursuz nəticələrin əksəriyyətinin Rusiya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələri məzunlarına aid olduğunu bildirmişdi: “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90 faizi uğursuz nəticə əldə edib. Sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib. Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və Gürcüstanın ali təhsil müəssisələri məzunlarının payına düşür. Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir. Həmçinin, “Mühəndislik” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 21 faiz təşkil edir. “Mühəndislik” ixtisası üzrə keçirilən peşə imtahanının nəticələrinə əsasən, ümumilikdə 13 ixtisas göstəricisinə görə 89 nəfər imtahanda iştirak edib, onlardan yalnız 19 nəfəri (21faiz) uğurlu nəticə göstərib, digər 70 nəfəri isə (79 faiz) uğursuz olub. T.Əhmədov bildirib ki, uğursuz nəticələrin əsas hissəsi yenə də Ukrayna, Belarus Respublikası və Rusiya Federasiyası ali təhsil müəssisələri məzunlarının payına düşür. Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxslərə və onların ailə üzvlərinə yuxarıda qeyd olunanları nəzərə almağı tövsiyə edirik”.


Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov Sherg.az-a açıqlamasında qeyd etdi ki, müxtəlif adlar altında fəaliyyət göstərən təhsil şirkətləri və müxtəlif kanallar vasitəsilə qeydiyyatı olan və ya olmayan xarici ölkə universitetlərinə imtahansız, yalnız attestatla tələbə qəbulu aparılması faktdır: 

- Və bu şəkildə aparılan qəbulla tələbə təhsil müddətində lazımi bilik və bacarıqlar əldə etmir. Gah dərslərdə iştirak edirlər, gah etmirlər, həmin ölkədə bir müddət qalır, sonra geri qayıdırlar, belə əsaslandırırlar ki, onlayn tədrisdən istifadə olunur, amma nəticədə görünür ki, tələbə lazımi biliklər əldə etməyib. Səthi bir təhsil alıb. Ona görə də onun əldə etdiyi diplom bilik səviyyəsi ilə uyğun gəlmir. Qeydiyyat, akkreditasiya məlumatlarının əks olunduğu universitetin leqallığının şübhə altında olması da prosesə təsir göstərir. Kvalifikasiya imtahanlarında iştirak etdikdə də bu şəxslər müvəffəq olmurlar. Valideynlər nəyəsə ümid edir, vəsait xərcləyir, təki övladlarının diplomu olsun. Amma tələbə nəsə öyrənibmi, ixtisasa yiyələnibmi, bu vacib məsələ arxa plana keçirilir. Valideynlər övladlarını hansı xarici ali məktəbə göndərdiklərini bilməlidir. Həmin ali məktəbin diplomları Azərbaycanda tanınırmı, əməkdaşlıq etdiyimiz ali məktəbdirmi, maraqlanmırlar, bilmirlər. Kor-koranə hərəkət edirlər. Nəticə də uğursuz olur.     


Təhsil eksperti qeyd etdi ki, xaricdə təhsil 2 qrupa bölünür. Birinci qrupda dövlət proqramı ilə, o ölkənin təqdim etdiyi təqaüd proqramı ilə təhsil alanlardır: 

- Bu namizədlər imtahanlarda yüksək nəticə əldə etdikdə, dil bacarıqlarını təqdim etdikdən sonra seçilirlər. Bu tələbələr təhsillərini başa vurub geri qayıtdıqda diplomların tanınması problem olmur. Aldıqları təhsilə ekvivalent olaraq dövlət müəssisələrində, müəyyən şirkətlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. Digər qrup isə ölkə daxilində ali məktəblərə daxil ola bilməyib attestatla qəbulun mümkün olduğu qonşu ölkə ali məktəblərinə gedənlərdir. Azərbaycanda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarında keçid balı toplaya bilməyən, aşağı nəticə göstərənlərin xarici ölkələrin ali məktəblərində yüksək nəticə göstərməsi inandırıcı görünmür. Bu məsələdə təhsil aldıqları universitetin leqal və ya qeyri-leqal olması, həmçinin tələbənin həmin ali məktəbdə akkreditasiyadan keçməməsi, o ölkədə olmaması, imtina üçün əsas sayılır. Ola bilər universitet leqaldır, akkreditasiyası da var, amma şəxsin aldığı təhsil sertifikasiya imtahanındakı nəticələrlə müqayisədə özünü doğrultmur. Peşə imtahanında, kvalifikasiya üçün verdiyi imtahanda bilik və bacarıqlar üst-üstə düşmür. Burada hansı şərtlərlə ali məktəblərə qəbul da böyük əhəmiyyət kəsb edir, həmçinin ali məktəbi bitirmiş şəxsin bilik, bacarıq səviyyəsi də. Təhsil səviyyəsi yüksək olan, savadlı şəxs problemlə qarşılaşmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:477
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 05:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri