Xaricdə yaşamaq üçün ən asan 10 ölkə açıqlandı Gürcüstan liderdir

18.11.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ildə xaricdə yaşamaq və işləmək istəyənlər üçün ən əlverişli ölkələrin siyahısı açıqlanıb. 

Banco.az  xəbər verir ki, araşdırma zamanı 17 ölkə viza prosedurları, bank xidmətləri, səhiyyə imkanları, internet infrastrukturu, yaşayış xərcləri və təbii fəlakət riskləri kimi meyarlar əsasında qiymətləndirilib.

Araşdırmanın nəticələrinə görə, Gürcüstan xarici vətəndaşlar üçün sadə inzibati prosedurları və bank xidmətlərinə əlçatanlığı ilə seçilərək ilk sırada yer alıb.

İkinci yerdə Peru, üçüncü yerdə isə Cənubi Afrika qərarlaşıb. Perunun aşağı gəlir tələbi ilə daimi yaşayış imkanı yaradan proqramı üstünlük kimi qiymətləndirilib. Cənubi Afrika isə bəzi inzibati prosedurların sadəliyinə görə ilk üçlüyə daxil olub.

Asiya ölkələrindən Tayland dördüncü, Malayziya isə beşinci yeri tutub. Hər iki ölkənin rəqəmsal köçərilər üçün xüsusi viza proqramları və nisbətən əlçatan bank xidmətləri reytinqdəki mövqelərinə təsir edib.

2026-cı ildə rəqəmsal köçərilər üçün ən əlverişli 10 ölkə:

Gürcüstan

Peru

Cənubi Afrika

Tayland

Malayziya

Vyetnam

Xorvatiya

Macarıstan

Portuqaliya

Birləşmiş Ərəb Əmirlikləri

Qeyd edək ki, araşdırmada Avropa ölkələri də yer alıb. Xorvatiya, Macarıstan və Portuqaliya xüsusi rəqəmsal köçəri viza proqramlarına malik olsalar da, yaşayış qeydiyyatı və vergi identifikasiya nömrəsi ilə bağlı prosedurlar onların reytinqdə daha yüksək mövqe tutmasına mane olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью