Xaricdə yaşamaq üçün ən asan 10 ölkə açıqlandı Gürcüstan liderdir
Icma.az, Banco.az saytına istinadən bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
2026-cı ildə xaricdə yaşamaq və işləmək istəyənlər üçün ən əlverişli ölkələrin siyahısı açıqlanıb.
Banco.az xəbər verir ki, araşdırma zamanı 17 ölkə viza prosedurları, bank xidmətləri, səhiyyə imkanları, internet infrastrukturu, yaşayış xərcləri və təbii fəlakət riskləri kimi meyarlar əsasında qiymətləndirilib.
Araşdırmanın nəticələrinə görə, Gürcüstan xarici vətəndaşlar üçün sadə inzibati prosedurları və bank xidmətlərinə əlçatanlığı ilə seçilərək ilk sırada yer alıb.
İkinci yerdə Peru, üçüncü yerdə isə Cənubi Afrika qərarlaşıb. Perunun aşağı gəlir tələbi ilə daimi yaşayış imkanı yaradan proqramı üstünlük kimi qiymətləndirilib. Cənubi Afrika isə bəzi inzibati prosedurların sadəliyinə görə ilk üçlüyə daxil olub.
Asiya ölkələrindən Tayland dördüncü, Malayziya isə beşinci yeri tutub. Hər iki ölkənin rəqəmsal köçərilər üçün xüsusi viza proqramları və nisbətən əlçatan bank xidmətləri reytinqdəki mövqelərinə təsir edib.
2026-cı ildə rəqəmsal köçərilər üçün ən əlverişli 10 ölkə:
Gürcüstan
Peru
Cənubi Afrika
Tayland
Malayziya
Vyetnam
Xorvatiya
Macarıstan
Portuqaliya
Birləşmiş Ərəb Əmirlikləri
Qeyd edək ki, araşdırmada Avropa ölkələri də yer alıb. Xorvatiya, Macarıstan və Portuqaliya xüsusi rəqəmsal köçəri viza proqramlarına malik olsalar da, yaşayış qeydiyyatı və vergi identifikasiya nömrəsi ilə bağlı prosedurlar onların reytinqdə daha yüksək mövqe tutmasına mane olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 18 Noyabr 2026 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















