Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? SİYAHI | Icm…
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən ümumi dəyəri 447,4 min dollar olan 357,9 ton gül kələm və brokkoli idxal edib.Bakıvaxtı.az Yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, xaricdən gətirilən gül kələm və brokkolinin 1 kiloqramının orta gömrük dəyəri 1,25 dollar (2,1 manat) olub.Məlumat üçün bildirək ki, xaricdən idxal olunan gül kələm və brokkolinin ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 2-3 dəfə yüksəkdir.Açıqlanan rəsmi məlumata görə, marketlərdə satılan gül kələmin 1 kiloqramının orta satış qiyməti 4,6 manatdan, brokkolinin kiloqramının orta satış qiyməti isə 5,7 manatdan bahadır.Qeyd edək ki, hazırda “Bravo”, “Araz”, “Rahat” və “Neptun” kimi aparıcı supermarketlərdə gül kələm və brokkolinin 1 kiloqramının satış qiyməti aşağıdakı kimidir:“Araz” supermarket:Gül kələm – 3,99 manat;Brokkoli – 5,49 manat.“Neptun” supermarket:Gül kələm – 5,85 manat;Brokkoli – 6,29 manat.“Bravo” supermarket:Gül kələm – 3,79 manat;Brokkoli – 5,49 manat.“Rahat” supermarket:Gül kələm – 4,80 manat;Brokkoli – x.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu