Xaricdən 2 manata gətirilən gül kələm və brokkoli marketlərdə neçəyə satılır? SİYAHI
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən ümumi dəyəri 447,4 min dollar olan 357,9 ton gül kələm və brokkoli idxal edib.
Bakıvaxtı.az Yeniavaz.com-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, xaricdən gətirilən gül kələm və brokkolinin 1 kiloqramının orta gömrük dəyəri 1,25 dollar (2,1 manat) olub.
Məlumat üçün bildirək ki, xaricdən idxal olunan gül kələm və brokkolinin ölkənin aparıcı supermarketlərindəki pərakəndə satış qiyməti gömrük dəyərindən təxminən 2-3 dəfə yüksəkdir.
Açıqlanan rəsmi məlumata görə, marketlərdə satılan gül kələmin 1 kiloqramının orta satış qiyməti 4,6 manatdan, brokkolinin kiloqramının orta satış qiyməti isə 5,7 manatdan bahadır.
Qeyd edək ki, hazırda “Bravo”, “Araz”, “Rahat” və “Neptun” kimi aparıcı supermarketlərdə gül kələm və brokkolinin 1 kiloqramının satış qiyməti aşağıdakı kimidir:
“Araz” supermarket:
Gül kələm – 3,99 manat;
Brokkoli – 5,49 manat.
“Neptun” supermarket:
Gül kələm – 5,85 manat;
Brokkoli – 6,29 manat.
“Bravo” supermarket:
Gül kələm – 3,79 manat;
Brokkoli – 5,49 manat.
“Rahat” supermarket:
Gül kələm – 4,80 manat;
Brokkoli – x.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















