Xarici əmlak sərgiləri: fürsət, yoxsa fırıldaq tələsi? Ekspertdən xəbərdarlıq | Icma.az
Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar Azərbaycanda xarici tikinti şirkətləri tərəfindən təşkil edilən əmlak sərgilərinin sayı artmaqdadır.
Bu sərgilərdə Türkiyə, BƏƏ, Gürcüstan, Kipr və digər ölkələrdə inşa edilən daşınmaz əmlak nümunələri nümayiş olunur, sərgi iştirakçılarına isə həmin mənzillərin qısa müddətdə və “xüsusi şərtlərlə” satışı təklif edilir.
Lakin sahə mütəxəssisləri bu cür sərgilərin bir çoxunda ciddi risklərin mövcud olduğu barədə xəbərdarlıq edir.
Tribunainfo.az-a danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu sərgilərin böyük əksəriyyətində mənzilləri satışa çıxaranlar əslində həmin xarici tikinti şirkətlərinin özləri deyil, onlara bağlı olan və ya sadəcə adından istifadə edən vasitəçi alqı-satqı şirkətləridir: “Almaq istədiyiniz əmlakın yerləşdiyi ölkədə fiziki olaraq olmadan, mənzili yerində görmədən, nə əmlak sahibi ilə, nə də tikinti şirkətinin rəhbərliyi ilə birbaşa ünsiyyət qurub hüquqi razılaşma əldə etmədən heç bir müqaviləyə imza atmaq olmaz”.
Elnur Fərzəliyevin sözlərinə görə, bu sərgilərdə bəzi xarici nümayəndələr alıcılara qısa müddətli kredit şərtləri, hətta mənzil alışı qarşılığında vətəndaşlıq və ya daimi yaşayış icazəsi vəd edirlər.
Lakin bu vədlər çox vaxt yalnız şifahi olur və hüquqi zəmanət daşımır: “Bəzi hallarda vətəndaşlardan ilkin ödənişin böyük hissəsini nağd şəkildə vermələri tələb olunur.
Onlara deyilir ki, pulu xaricə çıxarmaq işini şirkət özü həll edəcək.
Tam oxu
Xəbəri oxu