XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər KONKRET | Icma.az
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda dünya bazarında ABŞ neftinin qiymətində ucuzlaşma müşahidə olunur.
Bu, Azərbaycan “qara qızıl”ının qiymətinin ucuzlaşacağı ilə bağlı narahatçılığa səbəb olub.
Məlumdur ki, ölkənin büdcə gəlirləri əsasən neft və qaz satışından gələn gəlirlə formalaşır.
Elə milli məzənnənin stabil saxlanması üçün də neft-qaz qiymətlərinin normada olması əsas şərtlərdən biridir.
Nəzərə alsaq ki, müxtəlif vaxtlarda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, o zaman neftin dünya bazarında ucuzlaşması bu mövzunu yenidən aktuallaşdırır.
Bəs görəsən, hansı hallarda manatın devalvasiyası baş verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, manatın devalvasiyası üçün bir neçə makroiqtisadi göstəricilərin dəyişməsi gərəkdir: “Onlardan birincisi büdcə gəlirlərini formalaşdıran neft-qaz qiymətlərinin uzunmüddətli və kəskin aşağı enməsidir.
Tam oxu
Xəbəri oxu