Icma.az
close
up
RU
XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər KONKRET

XƏBƏRDARLIQ: Bu halda devalvasiya baş verə və manat ucuzlaşa bilər KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda dünya bazarında ABŞ neftinin qiymətində ucuzlaşma müşahidə olunur. Bu, Azərbaycan “qara qızıl”ının qiymətinin ucuzlaşacağı ilə bağlı narahatçılığa səbəb olub. Məlumdur ki, ölkənin büdcə gəlirləri əsasən neft və qaz satışından gələn gəlirlə formalaşır. Elə milli məzənnənin stabil saxlanması üçün də neft-qaz qiymətlərinin normada olması əsas şərtlərdən biridir. Nəzərə alsaq ki, müxtəlif vaxtlarda Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb, o zaman neftin dünya bazarında ucuzlaşması bu mövzunu yenidən aktuallaşdırır. Bəs görəsən, hansı hallarda manatın devalvasiyası baş verə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, manatın devalvasiyası üçün bir neçə makroiqtisadi göstəricilərin dəyişməsi gərəkdir:

“Onlardan birincisi büdcə gəlirlərini formalaşdıran neft-qaz qiymətlərinin uzunmüddətli və kəskin aşağı enməsidir. Digər tərəfədən, valyuta ehtiyatlarımızın azalması, yaxud ölkədən pul çıxışının çoxalması fonunda valyuta tələbatının təklifi üstələməsi, eləcə də xarici borclanmanın kifayət qədər artması, manatın devalvasiyasına gətirib çıxara bilər. Hazırda sadaladığım faktorların heç biri aktiv deyil. Bu, onu göstərir ki, yaxın günlərdə manatın devalivasiyası gözlənilmir. Ölkənin makroiqtisadi göstəriciləri də yaxşıdır. Bütün bu hallarda manat üçün heç bir təhlükə olmadığını deməyə əsas verir”.

İqtisadçı Xalid Kərimli isə saytımıza açıqlamasında bildirib ki, devalvasiyanın olub-olmayacağını heç kim öncədən söyləyə bilməz:

“İxrac gəlirlərinin kəskin azalması nəticəsində devalvasiya riski çoxala bilər. Burada söhbət neft-qaz gəlirlərindən gedir. İkincisi, tədiyyə balansı mənfiyə keçsə və bu proses uzun müddət davam etsə, o zaman risk çoxalar. Bundan başqa, qonşu dövlətlərdə kəskin məzənnə itkiləri manata təzyiq və kapital axını formalaşdıra bilər. Bu sadalananlar arasında bizi ən çox narahat edən neft-qaz gəlirlərinin ucuzlaşmasıdır. Üstəlik, devalvasiyaya gedilib-gedilməyəcəyi həm də siyasi-inzibati qərardır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Aprel 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri