Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Pensiyaya çıxdıqdan sonra sosial statusunu dəyişən insanlar bəzən psixoloji narahatlıqlar keçirirlər.
Bu halda psixi sağlamlıq mütəxəssisinə müraciət etmək lazımdır.
Düşüncə və davranışlarda psixoloji nizamsızlıq varsa, müalicə prosesini gecikdirmək olmaz.“ Bu fikirləri Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Uzunmüddətli əmək fəaliyyəti olan insanlar pensiyaya çıxdıqdan sonra psixoloji narahatlıqlar keçirirlər.
Yaşlılıq psixoloji narahatlıqları tətiklədiyi üçün şəxsdə depressiv hal müşahidə olunur.
Fərqli mədəniyyətlərə nəzər saldıqda görürük ki, insanlar pensiyaya çıxdıqdan sonra səyahət və ya xüsusi məşğuliyyətlərə zaman ayırırlar.
Şəxsin hansı əmək fəaliyyətinə ömür verməsi də burada mühüm rol oynayır.