Xərçəngdən əziyyət çəkən müğənni: Bütün günü yataqda oluram

06.08.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyəli müğənni Cansever səhhətiylə bağlı yeni paylaşımı ilə izləyicilərini kövrəldib.

Axşam.az xəbər verir ki, bir müddətdir leykoz xəstəliyi ilə mübarizə aparan sənətçi Almaniyada müalicəsini davam etdirir. Uyğun donor tapıldıqdan sonra ilik transplantasiyası olunan Cansever hazırda müalicə prosesinin davam etdiyini bildirib.

Xəstəxana otağından video paylaşan ifaçı onu axtaran və vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

"Çoxlu mesaj və zəng alıram. Amma səhhətimə görə hər kəsə cavab verə bilmirəm. Danışa bilmirəm, yaza bilmirəm. Daim zərdab və antibiotik qəbul edirəm, demək olar ki, bütün vaxtımı yataqda keçirirəm" deyə, Cansever bildirib.

Müğənni əlavə edib ki, təzyiqi aşağı olur, hərdən hərarəti yüksəlir və müalicəsinin nə qədər davam edəcəyi hələlik məlum deyil.

Cansever sonda sevənlərindən onun üçün dua etmələrini xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью