Xərçəngdən əziyyət çəkən müğənni: Bütün günü yataqda oluram
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyəli müğənni Cansever səhhətiylə bağlı yeni paylaşımı ilə izləyicilərini kövrəldib.
Axşam.az xəbər verir ki, bir müddətdir leykoz xəstəliyi ilə mübarizə aparan sənətçi Almaniyada müalicəsini davam etdirir. Uyğun donor tapıldıqdan sonra ilik transplantasiyası olunan Cansever hazırda müalicə prosesinin davam etdiyini bildirib.
Xəstəxana otağından video paylaşan ifaçı onu axtaran və vəziyyəti ilə maraqlanan hər kəsə təşəkkür edib.
"Çoxlu mesaj və zəng alıram. Amma səhhətimə görə hər kəsə cavab verə bilmirəm. Danışa bilmirəm, yaza bilmirəm. Daim zərdab və antibiotik qəbul edirəm, demək olar ki, bütün vaxtımı yataqda keçirirəm" deyə, Cansever bildirib.
Müğənni əlavə edib ki, təzyiqi aşağı olur, hərdən hərarəti yüksəlir və müalicəsinin nə qədər davam edəcəyi hələlik məlum deyil.
Cansever sonda sevənlərindən onun üçün dua etmələrini xahiş edib.
Baxış sayı:148
Bu xəbər 06 Avqust 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















