“Xərçəngin qatili“: Tərəvəzlərdə gizlənən möcüzə maddə“ Elmi tədqiqat | Icma.az
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Çikaqo alimləri göz sağlamlığı üçün tanınan zeksantinin xərçəngəleyhinə güclü təsirini üzə çıxarıb..." Dünyada hər il milyonlarla insanı həyatından məhrum edən xərçənglə mübarizə illərdir davam edir.
Elm isə bu mübarizədə yeni ümidlər axtarır. Çikaqo Universitetinin alimlərinin apardığı son araşdırma isə sübut edib ki, təbiətin özündə - g
Moderator.az xəbər verir ki, bu barədə "health.mail.ru" nəşri yazıb. Söhbət zeksantin adlı sarı piqmentdən gedir.
Uzun illər yalnız göz sağlamlığı üçün faydalı hesab olunan bu karotinoid indi xərçəng hüceyrələrini məhv etməyə qadir "immun silahlandırıcı" kimi tanınır.
İmmunitetin "xüsusi qüvvələri" və zeksantin Araşdırma nəticəsində məlum olub ki, zeksantin CD8+ T-limfositləri - başqa adla "T-killer" hüceyrələrini gücləndirir.
Bu hüceyrələr immun sistemin ən güclü əsgərləridir. Onlar bədxassəli hüceyrələri yad düşmən kimi tanıyır, izləyir və məhv edirlər.
Zeksantin isə bu prosesi daha da sürətləndirir, T-limfositlərin reseptorlarını sabitləşdirir və onların siqnal ötürmə qabiliyyətini artırır.
Tam oxu
Xəbəri oxu